Məşhur müğənni axtarışa verildi


Şou-biznes 18 Haz 2025 13:00:00 80 0

Məşhur müğənni axtarışa verildi

Rusiyalı müğənni Qriqori Lepsi axtarışa verilib.

Milli.az xəbər verir ki, bu barədə məlumat Ukrayna Daxili İşlər Nazirliyinin saytında yer alıb. 

Məlumata görə, Qriqori Leps hələ 2025-ci il martın 4-də axtarışa verilib. Bundan əvvəl Ukrayna Təhlükəsizlik Xidməti müğənniyə qarşı xüsusi hərbi əməliyyata dəstək verdiyinə görə qiyabi ittiham irəli sürüb. Xüsusi xidmət, həmçinin xatırladıb ki, Rusiya şou-biznesinin ulduzu Rusiya hərbçilərinə düşmənin Silahlı Qüvvələrinin vurulmuş hər tankına görə bir milyon rubl ödəyəcəyini vəd edib.