Məşhur müğənninin oğlu narkotikə görə xəstəxanalıq oldu


Şou-biznes 17 Haz 2025 16:44:00 83 0

Məşhur müğənninin oğlu narkotikə görə xəstəxanalıq oldu

Məşhur amerikalı müğənni Şerin oğlu xəstəxanalıq olub.

Son.az xarici mətbuata istinadən xəbər verir ki, onun həddindən artıq dozada narkotik qəbuluna görə vəziyyəti ağırlaşıb.

48 yaşlı Elayc Blyu Ollman iyunun 14-də səhər saatlarında Kaliforniyada xəstəxanaya yerləşdirilib. 

Qeyd olunub ki, Ollman ciddi həkim nəzarətindədir. Möcüzə nəticəsində sağ qalan oğluna görə müğənni Şer çox narahatdır.