Çiçəklər, ulduzlar və romantika: Dakota Consonla gecəyə damğa vuran premyera


Şou-biznes 17 Haz 2025 14:37:00 84 0

Çiçəklər, ulduzlar və romantika: Dakota Consonla gecəyə damğa vuran premyera

"Amburan Mall" ticarət mərkəzində yerləşən "CineMastercard" premium kinoteatrında yay mövsümünün təntənəli açılışı baş tutub.

Açıq səma altında keçirilən çiçəkli əyləncə yayı, təbiəti və keyfiyyətli kinonu sevənləri bir araya gətirib.

Çiçəklərin zərif ətri, işıq şousu və həzin musiqi rahat bir axşam əhvali-ruhiyyəsi yaradıb. Qonaqları pantomim aktyoru qarşılayıb və hər bir xanıma çiçək təqdim edərək sehrli bayram ab-havası bəxş edib. Gecənin xüsusi məqamı isə filmin süjetinə əsaslanan rəqs tamaşası olub - bu performans tamaşaçıları valeh edərək onları kino və incəsənətin möcüzəvi aləminə qərq edib.

Dəvət olunmuş qonaqlar arasında tanınmış simalar, ictimai xadimlər, jurnalistlər, bloqerlər, sahibkarlar və iri təşkilat rəhbərləri yer alıblar.

Tədbirin təşkilində "7 Gül" gül butiki, "MADO" restoranı, "Light in Black" kreativ şirkəti (foto və video), "Millennium" dondurmaları, "Balli Bisi" şirniyyat evi, "ProEvents" (işıq effektləri), Azərbaycanda ilk orqanik şərab istehsalçısı - "Meysəri" şərabları və "Red Bull" dəstək göstəriblər.

Gecənin sonunda ABŞ istehsalı olan "Materialistlər" adlı komediya filmi nümayiş olunub. Ekran əsəri tədbirin yüngül və romantik təəssüratını mükəmməl şəkildə tamamlayıb.

Filmin ssenari müəllifi və rejissoru Selin Sondur.