"Deyir nə günə qalıb ki, kolbasa reklamına çəkilir, bədbəxt aparıcı var...”
Şou-biznes 17 Haz 2025 12:15:00 85 0
Çəkildiyi kolbasa reklamı ilə müzakirələrə səbəb olan Xalq artisti Rasim Balayev açıqlama verib.
Bu haberi de oku: Vəfa indi də bu müğənni ilə QIRĞINA ÇIXDI: polisə verildi
Son.az xəbər verir ki, bu barədə danışan aktyor bütün dünya ulduzlarının reklamlarda rol aldığına işarə verib.
"Deyir, Rasim Balayev nə günə qalıb ki, gedib kolbasa reklamına çəkilir. Reklamdır da bu. Neçə ildir çəkilmirəm. Kamera üçün darıxmışam, reklama çəkilirəm. Kino çəkilmir, ortada normal iş yoxdur.
Bədbəxt aparıcı var, deyir ki, Rasim Balayev yoxdur ölüb. Kino var ki, orada çəkiləm. Ssenari, yaxşı rejissor olmasa, alınmaz. Bu, kollektiv sənətdir. Onszuda mən də, sən də öləcəyik, ay bədbəxt! Düşük-düşük çıxıb danışmağa görə bu gündəyik".
Hüseyn Son.az