TƏBİB və sığorta arasında QALAN STOMATOLOQLAR – Nə vaxt dəyişiklik olacaq?
Digərləri 12 Haz 2025 11:38:00 95 0
Bir müddət əvvəl stomatoloqlardan TƏBİB tərəfindən 1800 manat icarə haqqı tələb olunması ilə bağlı xəbər vermişdik. Bu dəfə isə uşaq stomatoloqları başqa məsələdən şikayətcildirlər.
Bu haberi de oku: Abituriyentlərin nəzərinə: Bu gün saat 23:59a dək...
Son.az xəbər verir ki, onların sözlərinə görə, iki il əvvəl İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən onlara dövlət stomatoloji müəssisələrinin də sığorta sisteminə daxil ediləcəyi vəd olunub. Lakin ötən müddət ərzində bu istiqamətdə heç bir real addım atılmayıb.
"Stomatoloqların maddi durumunun və əməkhaqlarının yaxşılaşdırılması üçün ən vacib addım stomatoloji xidmətlərin dövlət tibb müəssisələrində icbari tibbi sığorta paketinə daxil edilməsidir", - deyə şikayətçilərdən biri bildirib.
Bəs uşaq stomatologiyası sığortaya keçirilə bilər?
Mövzu ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, icbari tibbi sığortanın xidmətlər zərfi ilə təminata alınan profilaktik tibbi müayinələrə uşaqların icbari dispanserizasiyası və uşaqların ağız boşluğunun mütəmadi müayinəsi daxildir:
"Uşaqlarda ağız boşluğunun sanasiyası qeydiyyatda olduqları poliklinika və ya ailə sağlamlıq mərkəzlərində ailə həkimi, sahə həkimi tərəfindən icbari tibbi sığorta hesabına aparılır. Amma stomatoloji xidmətlər icbari tibbi sığortanın xidmətlər zərfi ilə təminata alınmayıb. Xidmətlər zərfinə daxil olmayan bu xidmətlər TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində əhaliyə ödənişli əsaslarla göstərilir".
Qurumdan o da bildirilib ki, göstərilən ödənişli tibbi xidmətlərə görə dövlət tibb müəssisəsinə pasiyent tərəfindən rəsmi şəkildə ödənilən vəsaitin 60 %-i həcmində həkim-stomatoloqlara həvəsləndirici əlavələrin verilməsi nəzərdə tutulub.
Asya Son.az