Mahnı insanın ruhuna necə təsir edir?


Digərləri 12 Haz 2025 03:03:00 114 0

Mahnı insanın ruhuna necə təsir edir?

Musiqi insanın ruhunu oxşayan vasitə olsa da, bəzən mənfi bəzən də müsbət təsir göstərir.

Bu, musiqinin növündən, janrından asılı ola bilir.

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, musiqinin insan həyatında  xüsusi rolu var: 

"Şən mahnılar insanı əyləndirir, həzin, lirik mahnılar insanı kədərləndirir, xəyala aparır. Mahnı insanın Ruhuna təsir edir. Marşlar əsgərləri xüsusi ruh yüksəkliyində saxlayır, onlarda mübarizə əzmini formalaşdırır. Mahnıdan mahnıya fərq var. Düzü son dönəmlər ifa olunan mahnılar insanlarda heç bir hiss oyatmır. Ancaq bəstəkar mahnıları, xalq mahnıları hələ də insanları düşündürür".