Dənizdən 47 il əvvəl yazılan məktub tapıldı FOTO
Digərləri 11 Haz 2025 20:06:00 166 0
47 il sonra İsveç adasında tapılan şüşə məktubun sirri açılıb.
Bu haberi de oku: Çıxarışlı torpaq sahələri bahalaşır
İsveçin qərb sahilindəki adalardan birində tapılan və içində 1978-ci ilə aid ismarıc olan şüşənin sirri BBC Scotland News tərəfindən aydınlaşdırılıb.
Ellinor Rosen Eriksson (32 yaş) və Asa Nilsson (55 yaş) adlı dostlar bu ilin fevralında Väderöarna adalarını gəzərkən sahildəki kol-kosun içində yerə batmış qalın şüşə tapıblar. Şüşənin içində demək olar ki, oxunmaz vəziyyətdə olan nəmli kağız parçası var idi. Onlar kağızı günəşdə qurudaraq "14.9.78" tarixi, "Addison Runcie" adı və "Seatown, Cullen, Banffshire, Şotlandiya" ünvanını oxuya biliblər.
Məlum olub ki, məktub 1995-ci ildə vəfat edən balıqçı James Addison Runcie-yə aiddir. Məktubu o dövrdə onunla eyni gəmidə - "Loraley" adlı balıqçı qayığında işləyən Gavin Geddes yazıb. 47 il sonra tapılan bu məktubu gördükdə Gavin heyrətini gizlədə bilməyib və yazının öz əl işi olduğunu dərhal tanıyıb.
Ellinor sosial mediada paylaşım edərək bu ismarıcın arxasındakı hekayəni öyrənmək istədiklərini bildirib. Məlumatlar toplandıqca BBC araşdırma apararaq, şüşədəki "es" hərflərinin "James" adının sonu olduğunu və 115 rəqəminin o vaxtkı ünvan nömrəsi olduğunu üzə çıxarıb.