Bunları çayla qəti yemək olmaz!
Digərləri 19 Tem 2025 07:07:00 72 0
Əslində çay yavan içiləcək içkidir. Uzağı, yanında qənd olsa, yetər. Amma müasir səhər süfrələrində çayla yanaşı, süfrəyə çoxlu şirniyyat və digər qidalar qoyulur ki, bunlar da orqanizmə zərərli təsir edir.
Bu haberi de oku: Sürücülər çaşqınlıq içində: Yolda yeni quraşdırılan qurğu nədir?
Son.az xəbər verir ki, çay tərkibindəki tanin sayəsində həzm sisteminə təsir edə bilir. Bu maddə müəyyən qidalarla birləşdikdə orqanizmdə dəmirin udulmasını azaldır və qan azlığına səbəb olur.
Səhər yeməyində və ya axşam çayında tez-tez istehlak edilən sosis, kolbasa, sucuk kimi işlənmiş ət məhsulları bu problemin əsas səbəbidir.
Mütəxəssislərin fikrincə, bu məhsullar çayla birlikdə istehlak edildikdə həm dəmir çatışmazlığına, həm də kanserogen təsirə səbəb ola bilər. Bu qidaların, xüsusilə nitratları yüksək olanların çayla birləşməsi mədə turşusuna təsir edərək həzm problemlərinə səbəb olur.
Dəmir bədənin sağlam işləməsi üçün vacib bir mineraldır. Çayın tərkibindəki taninlər onun bağırsaqlardan sorulmasına mane olur. Ətdən əldə edilən dəmir çayla birlikdə istehlak edildikdə bədən tərəfindən lazımi dərəcədə sorulmur.