Yasda ehsan verənlər cərimələnə bilər?
Digərləri 11 Haz 2025 17:50:00 110 0
Azərbaycanın bir çox rayonunda yas mərasimlərində ehsan verilməsi qadağan edilib. Hətta bəzi bölgələrdə bu hal aşkarlanırsa, vətəndaşlar cərimələnir. Maraqlıdır, vətəndaşlar hansı maddə üzrə cərimələnəcək? Bununla bağlı qanunvericilik nə deyir?
Bu haberi de oku: Üç kikboksçu hakim qarşısında Ramal Aslanovun işi ayrıca araşdırılır
Vəkil Vamiq Şükürov metbuat.az-a açıqlamasında bildirib ki, hazırda Azərbaycan Respublikasının qanunvericiliyində, o cümlədən İnzibati Xətalar Məcəlləsində, Cinayət Məcəlləsində və ya yerli icra hakimiyyətləri haqqında qanunvericilikdə yas mərasimində ehsan verilməsinə görə cərimə nəzərdə tutulmur.
V.Şükürov qeyd edib ki, belə bir xətanın (ehsan verdiyinə görə fiziki şəxsin, ailənin, yaxud sahibkarın cərimələnməsi) hüquqi əsası yoxdur.
Kaynak: milli.az