TƏBİBdən vəfat edən tələbə qızla bağlı AÇIQLAMA


Digərləri 10 Haz 2025 14:20:00 113 0

TƏBİBdən vəfat edən tələbə qızla bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıda gənc qız zəhərlənmədən vəfat edib. Hadisə iyunun 7-si saat 5 radələrində baş verib. Belə ki, Saatlı rayon sakini 2005-ci il təvəllüdlü Dərya Namiz qızı Ağayeva Səbail rayonu M.Hüseynov küçəsi 22-nin qarşısından ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Son.az xəbər verir ki, mövzu ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) oxu.az-a bildirilib ki, iyunun 7-də 20 yaşlı şəxs (qadın cinsli) qıcolma vəziyyətində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib:

"Dərhal xəstəyə zəruri tibbi xidmətlər göstərilib, həkimlərin səylərinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb".