Bu gün bu avtobuslar pulsuz olacaq
Digərləri 06 Haz 2025 10:40:00 85 0
Bu gün "Sea Breeze"də baş tutacaq "Yay musiqi mövsümü"nün açılışında iştirak etmək istəyənlərin rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək, yollarda yarana biləcək sıxlığın qarşısını almaq məqsədilə xüsusi avtobuslar ayrılıb.
Bu haberi de oku: Abituriyentlərə keçid balları ilə bağlı şad xəbər
Son.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) məlumat yayıb.
Məlumata görə, ziyarətçilərin saat 17:00-dan 20:00-dək metronun "Koroğlu" stansiyasının şimal çıxışındakı Nəqliyyat Mübadilə Mərkəzindən ("Atletlər kəndi") "Sea Breeze"ə, saat 22:30-dan 00:00-dək isə əks istiqamətə daşınması ödənişsiz olaraq təmin ediləcək.
Kaynak: milli.az