Daha bir yapon maşınının istehsalı dayandırıldı Çinə görə


Digərləri 05 Haz 2025 11:05:00 90 0

Daha bir yapon maşınının istehsalı dayandırıldı  Çinə görə

Yapon avtomobil nəhəngi "Suzuki" "Swift" modelinin istehsalını dayandırıb.

Son.az xəbər verir ki, Yaponiyanın məşhur avtomobil istehsalçısı "Suzuki" Çinin nadir torpaq elementlərinə tətbiq etdiyi ixrac məhdudiyyətlərinə görə "Swift" modelinin istehsalına müvəqqəti ara verdiyini açıqlayıb.

Nikkei-nin məlumatına görə istehsalın dayandırılması 26 may tarixində başlayıb və azı 6 iyuna qədər davam edəcək. Şirkət daha əvvəl bu fasiləni elan etsə də, səbəbləri ictimaiyyətlə bölüşməmişdi.

Sonradan məlum olub ki, Çin tərəfindən tətbiq edilən yeni ixrac siyasəti bir çox sahəyə, xüsusən avtomobil və texnologiya sektorlarına ciddi təsir göstərib. Swift model avtomobillərdə istifadə olunan nadir torpaq elementlərinin tədarükündəki çətinliklər "Suzuki"nin Yaponiyadakı istehsal planlarını pozub.

Şirkətin açıqlamasına görə, istehsalın nə vaxt normallaşacağı hələlik məlum deyil və bu məsələ tədarük zəncirindəki vəziyyətə əsasən müəyyənləşəcək.

İslam Son.az