39 min aliment borcu yaranan ata məhkəmə zalında HƏBS EDİLDİ
Digərləri 04 Haz 2025 13:20:00 108 0
Bakıda 39 min manata yaxın aliment borcu yaranan şəxs həbs edilib.
Bu haberi de oku: Müsəlmanları təhqir edən erməni “bloger”ə cinayət işi açıldı
Son.az-ın məlumatına görə, məhkəmənin qərarı ilə 37 yaşlı Salyan sakini boşandıqdan sonra keçmiş həyat yoldaşına 411 manat aylıq aliment ödəməli olub.
Lakin o, icra məmurlarının dəfələrlə etdiyi xəbərdarlıqlara və tətbiq olunmuş inzibati cəzalara baxmayaraq, ümumilikdə 38 min 139 manat məbləğində aliment borcunu ödəməyib.
Salyan sakini məhkəmədə özünü təqsirli bilməyib və bildirib ki, hazırda sürücü işləyir, aylıq gəliri 466 manatdır və maaşının 70%-i aliment kimi tutulur. O, uzun müddət həbsdə olması səbəbindən borcun toplandığını və maddi imkansızlıq ucbatından ödəniş edə bilmədiyini deyib.