Maykl Ceksonun ölümündən 2 gün əvvəl çəkilən
Şou-biznes 03 Haz 2025 11:00:00 83 0
Mərhum dünya ulduzu Maykl Ceksonun ölümündən 16 il keçsə də, hələ də mediada xəbərləri dünya gündəminə düşür.
Bu haberi de oku: ABŞdə yaşayan azərbaycanlı aparıcı ana olacaq FOTO
Son.az xarici mətbuata istinadən xəbər verir ki, onun ölümündən cəmi iki gün əvvəl çəkilmiş videosu böyük marağa səbəb olub.
Görüntüdə pop əfsanəsi özünəməxsus rəqs hərəkətlərini məşq edir. O yorğunluğuna baxmayaraq, hərəkətləri dəqiq və qüsursuz edir.
Pərəstişkarlar sözügedən videoya belə reaksiya veriblər:
"O, çox yorğun görünür", "Ona dincəlmək lazım idi... Yazıq Maykl", "Bu dünyada cəmi 50 il - və əbədi irs".
Onu bu videosunu görən bəzi şərhçilər gizli sui-qəsd iddiaları irəli sürüblər:
"Onu öldürdülər, 100%", "Onlar mənim oğlanımı öldürdülər, başım hərlənir".
Qeyd edək ki, Maykl Cekson 2009-cu ilin iyun ayında təsadüfi dərman dozalarının həddini aşması nəticəsində ölüb.
Hüseyn Son.az