"Dözə bilmirəm artıq"
Şou-biznes 05 Haz 2025 07:07:00 80 0
Amerikaya köçən aparıcı Hüsniyə Məhərrəmova oradakı həyatından bəhs edib.
Bu haberi de oku: Nəfəsin iddialı geyimi gündəm oldu
Son.az xəbər verir ki, aparıcı ABŞ-də sevmədiyi halı izləyiciləri ilə bölüşüb. O, yanacaqdoldurma məntəqəsində özünün maşına benzin vurması halını bəyənmədiyini vurğulayıb.
"Amerikada hər şeydən xoşum gəlir. Bir şeydən başqa: benzini özün vurmalısan" deyə, o, bildirib.
Hüsniyə daha sonra zarafatla "Bitdi, qayıdıram Masazıra. Bu ağır mühacir həyatına artıq dözə bilmirəm" sözlərini əlavə edib.
Kaynak: milli.az