“Fənərləri sınmış küçələr”in aktyoru vəfat etdi


Şou-biznes 06 Haz 2025 09:30:00 82 0

“Fənərləri sınmış küçələr”in aktyoru vəfat etdi

Rusiyanın tanınmış aktyoru Konstantin Şelestun 50 yaşında vəfat edib.

Son.az xəbər verir ki, o, 4 iyun 2025-ci ildə ürək tutmasından dünyasını dəyişib. Bildirilib ki, Şelestun iki dəfə infarkt keçirib. Aktyorun ölüm xəbəri teatr ictimaiyyətində dərin hüznlə qarşılanıb.

Konstantin Şelestun Sankt-Peterburqun Kiçik Dram Teatrının aktyoru olub. O, "Bandytskiy Peterburq", "Mentsovskie voynı", "Ulicı razbityx fonarey" kimi tanınmış seriallarda rol alaraq tamaşaçılar arasında populyarlıq qazanmışdı. Aktyorun həm teatr, həm də televiziya sahəsindəki fəaliyyəti sənət ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilirdi.

İsmayıl Son.az