Tom Kruzdan yeni rekord: Yanan paraşütlə Ginnesə düşdü!
Şou-biznes 06 Haz 2025 18:35:00 68 0
Hollivudun məşhur aktyoru Tom Kruz yenidən qeyri-adi cəsarəti ilə gündəmdədir.
Bu haberi de oku: Tanınmış aktrisanı gənə dişlədi, xəstəxanaya yatırıldı FOTO
Son.az xəbər verir ki, 63 yaşlı ulduzun adı bu dəfə "Ginnesin Rekordlar Kitabı"na düşüb - həm də olduqca ekstremal səbəblə.
Aktyor, "Qeyri-mümkün missiya: Final hesab" ("Mission: Impossible- Dead Reckoning") filminin çəkilişləri zamanı yanan paraşütlə tam 16 dəfə tullanaraq bu sahədə dünyada ən çox tullanış edən insan kimi tarixə keçib. Bu möhtəşəm göstərici ilə o, "Yanan paraşütlə ən çox tullanma" rekordunu rəsmi şəkildə öz adına yazdırıb.
Tom Kruz kaskadyor səhnələrini özü ifa etməsi ilə məşhurdur və bu rekord bir daha onun fiziki hazırlığına, qorxusuzluğuna və peşəkarlığına sübutdur. Qeyd edək ki, aktyor bu səhnəni çəkərkən heç bir dublordan istifadə etməyib və təhlükəyə baxmayaraq, hər tullanışı özü icra edib.