"Elçi gedəndə oğluma dedim ki, üzümü qara etmə"


Şou-biznes 06 Haz 2025 05:05:00 86 0

"Elçi gedəndə oğluma dedim ki, üzümü qara etmə"

Müğənni Nadir Qafarzadə açıqlaması ilə diqqət çəkib.

Son.az xəbər verir ki, o, oğullarının ailə qurmasından danışıb:

"Gənclər ailə qurmağa hazır deyillər. Oğlumun ikisi də evlidir, amma mən gəlinlərimi tanımamışam. İkisi də xanımını özü seçib. Birlikdə yaşayacaq insan onlardır. Əlbəttə ki, yaxşı müdaxiləm, məsləhətim olub".Biz ad xatirinə, kiməsə acıq vermək şərti ilə ailə qurmamalıyıq. İnsan ailə qurmağa hazır olmalısan. Bu, oyun deyil. Qadın və kişinin kaprizinə görə uşaqlar travma alırlar. Oğlan və ya qız ailə qurmağa hazır deyilsə, kiminsə uşağını bədbəxt etməsin. 

Elçi gedəndə oğluma dedim ki, üzümü qara etmə. O qızı da bədbəxt etmə. O da bir ana-atanın övladıdır. Əziyyət çəkib övlad böyüdüb, oxudub. Əgər gedib sabah bütün abrımı əlimdən alacaqsansa, etmə. Qapıya gedəndə qıza dedim ki, ailə qurmağa hazırsan? Bir az ailə işinə ciddi yanaşaq".