"Eldar kimdir ki, buna qərar versin?"


Şou-biznes 04 Haz 2025 08:08:00 97 0

"Eldar kimdir ki, buna qərar versin?"

"Şərhlərdə oxuyuram ki, "Mamagama", Turan-Tural, FahRee Eldarın dostudur, ona görə "Avroviziya"ya gedir. Elə deyil, kanalın, dövlətin icazəsi olmadan Eldar heç nə edə bilməz".

Son.az xəbər verir ki, bu sözləri "Avroviziya" təmsilçilərimizdən olan fahRee "Xəbərin var?" proqramında deyib. Sənətçi müğənni, Azərbaycanın "Avroviziya" deleqasiyasının musiqi prodüseri Eldar Qasımovu müdafiə edib:

"Eldar kimdir ki, hamının yerinə qərar versin, ölkəni kim təmsil edəcək. Musiqi prodüseri daxildəki düzəlişləri, əlavələri edir. Söhbət zövqdən getmir. "Avroviziya"ya gedən mahnını komissiya bəyənir".