"Bunu dərk edəndən sonra məzarımı qazdırdım"


Şou-biznes 04 Haz 2025 23:42:00 90 0

"Bunu dərk edəndən sonra məzarımı qazdırdım"

"Əvəllər elə bilirdim ki, heç vaxt ölməyəcəyəm. Allah Hacı Şahinə rəhmət eləsin. Deyirdi ki, "Ele bilirsiniz, ölüm ancaq qonşu, qohum üçündür?". Mən bunu dərk edəndən və sonra valideynlərimin məzarının yanında özüm üçün məzar qazdırdım".

Son.az xəbər verir ki, bu sözləri meyxanaçı Ağamirzə Məmmədov "Gün ortası" verilişində deyib. Sənətçi qazdırdığı məzarı özü üçün dərs hesab etdiyini bildirib:

"O məzar mənim üçün məktəbdir, dərsdir, ibrətdir. Gedib baxıram və özümə deyirəm ki, heç kimin xətrinə dəymə ha, bura gələcəksən. Yaxınlarımız qoyub gedəcək bizi, bəlkə də səni dəfn etdikdən sonra qonaqlığa gedəcəklər. Hamı gedəcək, qalacaqsan sən və Allahın.