"Azerbaijan Kids Best Model 2025" müsabiqəsi keçirildi


Şou-biznes 04 Haz 2025 16:45:00 91 0

"Azerbaijan Kids Best Model 2025" müsabiqəsi keçirildi

"Star Kids Group" MMC-nin təşkilatçılığı ilə "Azerbaijan Kids Best Model 2025" adlı uşaq modelləri müsabiqəsi "Badamdar Hotel Residences"də baş tutub.

Son.az xəbər verir ki, tədbirdə 4-14 yaş arasında olan 72 uşaq model iştirak edib. Onlardan 43-ü qız, 29-u isə oğlandır.

Müsabiqə çərçivəsində azyaşlı iştirakçılar səhnədə öz bacarıq və istedadlarını nümayiş etdirib. Yarışma Azərbaycanın tanınmış sənət və moda nümayəndələrinin iştirakı ilə yüksək səviyyədə təşkil olunub.

Münsiflər heyətinə ənənəvi olaraq əməkdar incəsənət xadimi, modelyer-rəssam Fəxriyyə Xələfova sədrlik edib. Onunla yanaşı, aşağıdakı tanınmış simalar da münsiflər heyətində yer alıb:

Zenfira Ağayeva - Sahibkar Qadınlar İctimai Birliyinin sədri

İlahə Əliyeva - "İlahə Fort Art" aksesuar brendinin təsisçisi

Şəhriyar Əbilov - aktyor və televiziya aparıcısı

Abdul Xalid - tanınmış müğənni