Şəhərin mərkəzində söküntü Sakinlər verilən puldan narazıdır


Digərləri 03 Haz 2025 12:11:00 100 0

Şəhərin mərkəzində söküntü  Sakinlər verilən puldan narazıdır

Şəhərin Nizami, Rza Quliyev, Nabat Aşırbəyova, Çingiz Mustafayev və Mirzə Ağalıyev küçələrində başlayan söküntü işləri davam edir.

Son.az İTV-yə istinadən xəbər verir ki, "Sovetski" adlandırılan ərazinin bir neçə küçəsində istismar müddətini başa vurmuş tikililərin sökülməsi planlaşdırılır.

Sözügedən ərazidə artıq 3 yaşayış binası sökülüb. Yerində isə parkın salınması gözlənilir. Amma vətəndaşlar onlara təklif edilən kompensasiya məbləği ilə razılaşmır.

Sakinlərdən birinin sözlərinə görə, bura onun ata-baba mülküdür: "İstər-istəməz bizə kvadratı 2700 manatdan sərf etmir. Biz burada 3 bacı, bir qardaş yaşayırıq. Sökülsə, 2-3 ev almağa imkanım yoxdur".

68 ildir burada yaşayan digər bir vətəndaş isə verilən pulla normal ev ala bilməyəcəyini deyib: "Bunların verdiyi məbləğ çox aşağıdır. 2700-2800 çox az puldur. Buradan köçüb normal ev almaq üçün minumum 5000 manatdan hesablanmalıdır".