Sim nömrə istifadəçiləri ayda 30 manat ödəyəcək?


Digərləri 03 Haz 2025 12:18:00 100 0

Sim nömrə istifadəçiləri ayda 30 manat ödəyəcək?

Mobil rabitə operatoru olan "Azercell" şirkətinin yeni tarif siyasəti istifadəçilər arasında narazılıqlar yaradıb. İstifadəçilərin şərhlərindən belə aydın olur ki, sim nömrə istifadəçisi xəttin açıq qalması üçün ayda ən azı 30 manat ödəməlidir. 

Son.az xəbər verir ki, İT mütəxəssisi Fərid Pərdəşünas sosial şəbəkə hesabındakı paylaşımında bu qərarın istifadəçilər tərəfindən düzgün başa düşülmədiyini bildirib. 

O qeyd edib ki, ay ərzində 30 manat ödənilməsi tələbi heç bir tarif paketinə qoşulmayan abunəçilərə aid ediləcək. Onun sözlərinə görə, hər hansı paketi aktivləşdirən istifadəçi an azı 2 manat ödəməklə sim nömrəsinin açıq saxlaya biləcək. 

"Çox adam belə başa düşür ki, 30 gün aktiv xətt üçün aylıq minimum 30 manat yükləmək lazımdır. Xeyr, bu belə deyil. Ölkədə belə tarif yoxdur. Bunu eləsə-eləsə Donald Trump tarif siyasətində edər", - deyən Pərdəşünas yeni qaydaların düzgün anlaşılmadığını söyləyib: