Sürücülərin NƏZƏRİNƏ: Pəncərə açıq avtomobil sürməyin


Digərləri 29 May 2025 19:46:00 96 0

Sürücülərin NƏZƏRİNƏ: Pəncərə açıq avtomobil sürməyin

Avtomobilin pəncərəsini açmaq düşündüyünüz qədər zərərsiz deyil.

Son.az xəbər verir ki, avtomobil eksperti Mixail Kolodoçkin xəbərdarlıq edir ki, pəncərə açılan kimi nəfəs aldığımız hava təkcə oksigenlə deyil, işlənmiş qazlar, rezin parçaları, əyləc tozları və yol örtüyü hissəcikləri ilə də dolur.

Ekspertin sözlərinə görə, açıq pəncərə vasitəsilə avtomobil salonuna həşəratlar daxil ola bilər, bu da sürücünün diqqətini yayındıraraq qəza riskini artırır. Bundan əlavə, səs-küy və hava burulğanları sürücünü yorur və komfortu azaldır.

Açıq pəncərənin digər mənfi təsiri isə yanacaq sərfinin artmasıdır - belə hallarda avtomobil, kondisionerli və pəncərələri bağlı vəziyyətlə müqayisədə 3-10% daha çox yanacaq xərcləyir.