Məsud Əfəndiyev müşavir təyin olundu
Digərləri 29 May 2025 16:15:00 78 0
Azərbaycan elmi ictimaiyyətinin və beynəlxalq riyaziyyat elminin tanınmış simalarından biri, fizika-riyaziyyat elmləri doktoru, professor Məsud Əfəndiyev Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) rektorun müşaviri vəzifəsinə təyin olunub.
Bu haberi de oku: Ermənistan tərəfi dezinformasiya yayır MN
Son.az xəbər verir ki, bu barədə universitetin Mətbuat Xidməti məlumat yayıb.
"Bu təyinat ölkənin aparıcı mühəndis və memarlıq ali təhsil müəssisəsində akademik mühitin gücləndirilməsi, elmi-tədqiqat fəaliyyətlərinin beynəlxalq standartlara uyğunlaşdırılması və universitetin qlobal elmi şəbəkələrə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır", - məlumatda deyilir.
Professor Məsud Əfəndiyevin elmi irsinə 180-dən çox beynəlxalq məqalə, dünyanın mötəbər nəşriyyatlarında çap olunmuş 8 kitab və yüksəkindeksli jurnallarda nəşr edilmiş tədqiqatlar daxildir.