Gilas niyə UCUZLAŞMIR?


Digərləri 28 May 2025 08:08:00 96 0

Gilas niyə UCUZLAŞMIR?

Yay fəsli yaxınlaşdıqca bir çox meyvə və tərəvəzlərin qiymətində eniş müşahidə olunur. Lakin bu hal gilasa aid deyil, onun qiyməti sabit qalır.

Son.az xəbər verir ki, satıcıların sözlərinə görə, hazırda bazarlarda gilasın qiyməti 6-10 manatdır. Qiymətin yüksək qalmasının əsas səbəbi isə bölgələrdə hökm sürən qeyri-sabit hava şəraitidir.

Fermerlər bildirirlər ki, bu il məhsuldarlıq xeyli aşağı düşüb:

"Gilasın cəmi 10 faizi yığıla bilib. Qalan hissəsi ya vaxtında yetişməyib, ya da çürüyüb. Nəticədə bazara çıxarılan gilas miqdarı az olduğundan qiymətlər yüksək olaraq qalır". 

Məsələ ilə bağlı Aqrar Sığorta Fondundan bildirildi ki, 2025-ci ilin əvvəlində indiyədək baş verən təbiət hadisələri bölgələrdə qurum tərəfindən sığortalanmamış kənd təsərrüfatı bitkiləri və əkin sahələrinin bir hissəsinə ciddi zərər vurub. Onların arasında gilas da var: