FHN qar uçqunu ilə bağlı vətəndaşlara xəbərdarlıq etdi
Digərləri 29 May 2025 17:29:00 83 0
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, temperaturun yüksəlməsi fonunda iyun ayının 3-nə kimi yüksək dağlıq ərazilərdə qar uçqunu ehtimalı mövcuddur.
Bu haberi de oku: Faciəvi şəkildə ölən qardaşların
Son.az xəbər verir ki, bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi vətəndaşları göstərilən müddətdə yüksək dağlıq ərazilərə səfərlərdən çəkinməyə, belə bir zərurət yarandıqda isə müvafiq təhlükəsizlik qaydalarına əməl etməyə, o cümlədən qar uçqunu ehtimalı olan yerlərdən, habelə dik yamaclardan kənar gəzməyə çağırır.
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!
Kaynak: milli.az