Hərbçimizin minaya düşməsi faktı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB


Digərləri 29 May 2025 16:41:00 98 0

Hərbçimizin minaya düşməsi faktı ilə bağlı cinayət işi başlanılıb  YENİLƏNİB

16:41

Azərbaycan Ordusunun hərbçisinin minaya düşməsi faktı ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Son.az-a Respublika Hərbi Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Xudaverdi Sadıqovun piyada əleyhina minanın partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı üzrə Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.

13:18

Mayın 29-da saat 10:10 radələrində Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində

Son.az Müdafiə Nazirliyinə istinadən Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin əraziləri mina və partlamamış döyüş sursatlarından təmizləməsi zamanı hərbi qulluqçumuz Sadıqov Xudaverdi Həsən oğlu ermənilər tərəfindən basdırılmış piyada əleyhinə minaya düşərək sol ayağından xəsarət alıb.

Dərhal ilkin tibbi yardım göstərilən hərbi qulluqçumuz ixtisaslı müayinə və müalicə olunması üçün yaxınlıqdakı hərbi hospitala təxliyə olunub.