“OBA”nın “Qonşum Qazansın” lotereyasının qalibləri müəyyənləşib VİDEO
Digərləri 21 May 2025 11:30:00 73 0
"OBA" marketlər şəbəkəsinin 1 mart - 30 aprel tarixlərini əhatə edən "Qonşum Qazansın" lotereyasının qalibləri müəyyənləşib. Azur Biznes Mərkəzində canlı yayımla keçirilən tədbirdə qaliblərin seçimi lototron vasitəsilə aparılıb. Seçim prosesində münsiflər heyəti də iştirak edib.
Bu haberi de oku: Türkiyə ilə bağlı qorxulu açıqlama: “Bu sadəcə başlanğıcdır”
Lotereya nəticəsində O00547481 nömrəli biletin sahibi Günel Şirəliyeva Toyota Corolla 1.8L 2024 model avtomobilin, O00452136 nömrəli biletin sahibi Murtuz Nurməmmədli isə lotereyanın əsas mükafatı olan Bakıda yerləşən ikiotaqlı təmirli mənzilin sahibi olub.
Qaliblərin seçim prosesinin şəffaflığını təmin etmək məqsədilə münsiflər heyətində Azərbaycanın Əməkdar artisti Dilarə Əliyeva, aktyor Müşfiq Şahverdiyev, media nümayəndələri Çingiz Özgür, Ağa Dadaşzadə və Sona Şıxəmirli yer alıblar.
Qeyd edək ki, "OBA" marketlər şəbəkəsinin 1 mart tarixində start verdiyi "Qonşum Qazansın" lotereyasında hər 20 AZN və daha artıq məbləğdə alış-veriş edən müştərilər bir iştirak şansı əldə ediblər.
Canlı yayımla hər kəsə açıq keçirilən qaliblərin seçimini buradan https://youtu.be/F8E4YenJAcY?si=yLDGLi64dVXqqIIP izləyə bilərsiniz.