Elgün anasına hara getdiyini yazıbmış
Digərləri 21 May 2025 10:54:13 62 0
"Hadisə baş verən günü Elgünlə mesajlaşmışıq. İnformatika hazırlığında idi. Orada olanda da yazışmışıq. Hazırlıqdan çıxandan sonra da danışdıq. Dedi, ana, çıxdım, gedirəm rəqsə. Dedim evə get, yemək ye. Ac olmadığını, piyada getdiyini söylədi".
Bu haberi de oku: Azərbaycanda bu valyuta BAHALAŞDI
Son.az xəbər verir ki, bu sözləri mayın 12-si axşam saatlarında Gəncədə yaralı halda tapılan və xəstəxanada vəfat edən 18 yaşlı Elgün İbrahimovun anası RTV-yə açıqlamasında deyib.
O bildirib ki, Elgün rəqsdən sonra trenajora getməli imiş: "Saat 6-7-yə qalmışa qədər gözlədim, zəng vurdum, zəng çatmadı. Narahat oldum. İnformatika müəlliminə zəng vurdum ki, hazırlıqda birlikdə çıxdığı uşaqların nömrəsini götürüm. Qardaşıma, digər oğluma da zəng vurdum ki, gedin ətraf ərazilərə baxın, bəlkə, Elgünü hardasa görərsiniz. Gecə saat 1-də də oğlumla Elgünü axtarmışıq.