9 minə yaxın abonent qazsız qalacaq


Digərləri 21 May 2025 09:39:00 59 0

9 minə yaxın abonent qazsız qalacaq

Sumqayıtın bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

"Azəriqaz" İB Sumqayıt QİS-dən Son.az-a verilən məlumata görə, Sumqayıt şəhəri 13-cü mikrorayon, 16-cı mikrorayon, Təzə Corat, Köhnə Coratın bir hissəsi və Novxanı qəsəbəsində cari təmir işləri ilə əlaqədar olaraq bu gün saat 10:00-dan etibarən 8 min 500 abonentin qaz təchizatı dayandırılacaq.

Qaz verilişi təmir işləri yekunlaşdıqdan sonra bərpa olunacaq.