Rusiyanın bu aeroportlarında uçuşlar dayandırıldı


Digərləri 21 May 2025 14:00:00 80 0

Rusiyanın bu aeroportlarında uçuşlar dayandırıldı

Rusiyada üç hava limanı təhlükəsizlik səbəbilə müvəqqəti bağlanıb. 

Son.az xəbər verir ki, bu barədə  Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün Vladimir, İvanovo və Kaluqa hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Sözügedən hava limanları hazırda reysləri qəbul etmir və yola salmır.