Sumqayıt Şəhər Bələdiyyəsinin sədri dəyişdi
Digərləri 19 May 2025 17:34:00 70 0
Bu ilin yanvar ayında formalaşmış Sumqayıt Şəhər Bələdiyyəsinin sədri dəyişib.
Bu haberi de oku: IDEA Kür çayının Xəzər dənizinə birləşdiyi hissəsində ənənəvi təmizlik aksiyası keçirib FOTO
Son.az xəbər verir ki, iqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Orxan Adıgözəlzadə Bələdiyyə sədrliyindən çıxıb.
O, fəaliyyətini Bələdiyyə sədrinin müavini vəzifəsində davam etdirəcək. Sumqayıtın yeni Bələdiyyə sədri isə Xudadatov Adil Şirindil oğlu seçilib.
Qeyd edək ki, Orxan Adıgözəlzadə 44 günlük "Vətən müharibəsi" iştirakçısıdır. O, "Şuşanın azad olunmasına görə," Xocavəndin azad olunmasına görə"," Füzulinin azad olunmasına görə "," Zəfər " və" Vətən müharibəsi iştirakçısı "medalları ilə təltif edilib.