Qadın sürücüdən qayda pozuntusu: Üç uşağı avtomobilin "baqaj"ında DAŞIDI


Digərləri 19 May 2025 18:06:00 82 0

Qadın sürücüdən qayda pozuntusu: Üç uşağı avtomobilin "baqaj"ında DAŞIDI

Lənkəranda qadın sürücü minik avtomobilinin yük hissəsində 3 azyaşlının daşınmasını həyata keçirib.

Son.az Bizim.media-ya istinadən xəbər verir ki, bununla bağlı görüntülər Lənkəran şəhərinin "Qala" deyilən ərazisində yerləşən marketlərdən birinin önündə lentə alınıb.

Yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasını nümayiş etdirən sürücü 3 azyaşlı ilə əşya kimi davranaraq onları maşının baqajında otuzdurub. 42-AA-342 dövlət qeydiyyat nişanlı "KIA Sportage" avtomobilinin sürücüsünün, eyni zamanda, azyaşlılardan birinin anasının bu addımı müzakirələrə səbəb olub və tənqidlə qarşılanıb.

Qanunvericiliyə görə, azyaşlı uşaqların avtomobilin yük yerində oturması qanunsuz və son dərəcə təhlükəlidir. Azyaşlı uşaqlar avtomobildə yalnız sərnişin üçün nəzərdə tutulmuş yerlərdə və müvafiq uşaq təhlükəsizlik oturacağı (uşaq oturacağı) ilə təmin olunaraq daşına bilərlər.

Belə ki, yük yeri sərnişin təhlükəsizliyi üçün nəzərdə tutulmayıb və qəza zamanı ciddi xəsarətlərlə nəticələnə bilər. Həmçinin yük yerlərində təhlükəsizlik kəməri, hava yastığı, oturacaq sabitliyi kimi qoruyucu sistemlər olmur.