Dini mərasim faciəyə döndü 38 nəfər ayaq altında qalıb
Dünya 29 Yan 2025 10:44:00 89 0
Hindistanın Uttar Pradeş vilayətində hər 12 ildən bir keçirilən və dünyanın ən böyük dini mərasimlərindən biri hesab edilən "Maha Kumbh Mela" festivalında yaranan sıxlıq nəticəsində çox sayda insan həlak olub.
Bu xəbəri də oxu: "Təyyarə qəzasında sağ qalan yoxdur"
Son.az xəbər verir ki, festivalın 45 gün davam etməsi və milyonlarla zəvvarın iştirakı ilə keçməsi səbəbindən bölgədə təhlükəsizlik tədbirləri artırılsa da, izdiham faciəsinin qarşısını almaq mümkün olmayıb. İlkin məlumata görə 38 nəfər həlak olub.
Vilayət rəsmisi Yoqi Adityanath izdihamın zəvvarların polis baryerlərini aşaraq müqəddəs Sangam Burnuna çatmağa çalışması nəticəsində yarandığını açıqlayıb. O, bəzi zəvvarların ağır yaralandığını və xəstəxanalarda müalicə altına alındığını bildirib. Yoqi Adityanath insanlara yalnız çay kənarlarında yuyunmaqla kifayətlənməyi tövsiyə edərək təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb. Onun sözlərinə görə, hökumət festival boyunca nəzarət tədbirlərini gücləndirmişdi, lakin kütlənin idarə olunması müəyyən çətinliklər yaratdı.
Müxalifət lideri Rahul Qandi baş verən faciəyə hökumətin məsuliyyətsizliyinin səbəb olduğunu bildirib. O, sosial media hesabında paylaşdığı mesajda izdihamın qarşısının alınmasının mümkün olduğunu, lakin hökumətin zəvvarlardan çox VIP şəxslərə diqqət ayırdığını vurğulayıb. Onun sözlərinə görə, Kumbh Mela festivalında baş verən bu hadisə hökumətin zəvvarların təhlükəsizliyini təmin edə bilmədiyini göstərir. Müxalifət nümayəndələri festivalın təşkilində ciddi nöqsanlar olduğunu və insan həyatının təhlükəyə atıldığını bildiriblər.
Hadisənin şahidləri üç çayın - Qanq, Yamuna və Sarasvati çaylarının qovuşduğu müqəddəs məkanda böyük basabas yaşandığını bildiriblər. Onların sözlərinə görə, insanlar müqəddəs hesab edilən nöqtəyə çatmaq üçün bir-birlərini itələyib, bu da izdihamın daha da böyüməsinə və faciənin yaşanmasına səbəb olub. Bəzi zəvvarların yerə yıxıldığı, üzərlərinə düşən insanların onları tapdaladığı və xilas olmağın mümkünsüz hala gəldiyi qeyd edilir.
Hadisədən sonra çay sahilində çox sayda meyitlər görüldüyü bildirilir. Təhlükəsizlik qüvvələri və təcili tibbi yardım xidmətləri dərhal hadisə yerinə cəlb edilsə də, izdihamın böyüklüyü və xaos şəraiti xilasetmə işlərini çətinləşdirib. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib və onlara tibbi yardım göstərilib. Hakimiyyət orqanları baş verən hadisə ilə bağlı araşdırmalara başlayıb və təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini bildirib.
"Maha Kumbh Mela" festivalı nədir?
Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə Hörmətli
"Müvafiq dövlət qurumlarının hazırladığı statistik hesabatlardan g
Sevgi və ehtiras baxımından intensiv dövrə daxil olursan
Məlum olduğu kimi, "Youtube" platformasında paylaşılan videolar b
Yanvarın 21-i 37 yaşlı Ceyhun Süleymanov adlı şəxs müayinə olunmaq üç
Yanvarın 28-də dəmir yollarında oğurluq hadisəsi işarəvermə qurğuları
ABŞ-nin Alyaska ştatında F-35 qırıcı təyyarəsi qəzaya uğrayıb.
TV100-ün xəbər aparıcısı Kübra Par sosial şəbəkələrdə gündəm olub
Astroloqlar istəklərinizi müəyyən etmək üçün fevralın 21-dək olan dö
Dava və intriqaya ən meyilli bürclərin adı açıqlanıb.
Avropada Coca-Cola, Fanta, Sprite, Fuse Tea, Nalu, Minute Maid, Tropico və Roya
Yanvarın 29-da Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilir.
Suriyada Bəşər Əsəd rejiminin devrilməsi ilə məhəllələrdəki sursat a
Nəfəs "Elcanlı" verilişində canlı ifasına görə sosial şəbə