Araik Arutyunyan və digərlərinin məhkəməsi bu gün davam edəcək


Digərləri 21 Yan 2025 08:55:00 65 0

Araik Arutyunyan və digərlərinin məhkəməsi bu gün davam edəcək

Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma "Dağlıq Qarabağ respublikası" və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə bu gün məhkəmənin növbəti iclası keçiriləcək.

Son.az xəbər verir ki, Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası davam etdiriləcək.

Məhkəmənin hazırlıq iclası yanvarın 17-də başlayıb. Təqsirləndirilən şəxslər erməni dilində tərcüməçilərlə, müdafiə üçün vəkillərlə təmin edilib.

Məhkəmədə dövlət ittihamını 6 prokuror, Azərbaycan dövləti adından zərərçəkmiş qismində isə Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak edib.

Cinayət işi üzrə 531 mindən çox zərərçəkmiş və onların nümayəndələri var.

Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz "Dağlıq Qarabağ respublikası" və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın məhkəmə prosesinin hazırlıq iclası yanvarın 27-də davam edəcək.

Ruben Vardanyan özünün seçdiyi müdafiəçi və rus dilinə tərcüməçi ilə təmin olunub.

İbtidai istintaq zamanı R.Vardanyana bildiyi dildə cinayət işi materialları ilə tanış olub öz müdafiəsinə hazırlaşmaq üçün kifayət qədər vaxt verilsə də, məhkəmə təqsirləndirilən şəxsin xahişini nəzərə alaraq vəsatətin təmin olunması barədə qərar qəbul edib və ona iş materialları ilə tanış olmaq üçün əlavə 10 gün vaxt verib.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.

Həmçinin, o, həmin məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur. /APA Son.az

Rusiyada zavodun işçiləri səhvən milyonçu oldular like
  • 21 Yan 08:50  
Digərləri Rusiyada zavodun işçiləri səhvən milyonçu oldular

Rusiyanın Çelyabinsk vilayətində adı açıqlanmayan müəssisənin işçil�

arrow Ətraflı
Bülbül prospektində yanğın olub like
  • 21 Yan 08:47  
Digərləri Bülbül prospektində yanğın olub

Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yanğın baş verib.

arrow Ətraflı
ABŞ tarixinin nadir andiçməsi: Tramp nələr vəd etdi? like
  • 21 Yan 08:39  
Dünya ABŞ tarixinin nadir andiçməsi: Tramp nələr vəd etdi?

Ana səhifə Siyasət 12 Punto 14 Punto 16 Punto 18 Punto

arrow Ətraflı
Tramp fərmanla Meksika körfəzinin adını Amerika körfəzi adlandırdı like
  • 21 Yan 08:32  
Dünya Tramp fərmanla Meksika körfəzinin adını Amerika körfəzi adlandırdı

ABŞ Prezidenti Donald Tramp Meksika körfəzinin adının Amerika Körfəzi adl

arrow Ətraflı
Sərdar Ortac həkimlərdən acı xəbər aldı like
  • 21 Yan 08:23  
Şou-biznes Sərdar Ortac həkimlərdən acı xəbər aldı

Türkiyəli müğənni Sərdar Ortaç konserti zamanı izləyiciləri ilə söhb

arrow Ətraflı
Bu şəxslərə 200 manat əlavə yardım ödəniləcək like
  • 21 Yan 08:16  
Digərləri Bu şəxslərə 200 manat əlavə yardım ödəniləcək

Pensiyaçılara bu il də birdəfəlik maddi yardım verilə bilər...

arrow Ətraflı
30, 31 yanvar və 1 fevral tarixləri ilə bağlı XƏBƏRDARLIQ like
  • 21 Yan 08:09  
Digərləri 30, 31 yanvar və 1 fevral tarixləri ilə bağlı XƏBƏRDARLIQ

Son günlərdə astrologlar 30 yanvar, 31 yanvar və 1 fevral tarixlərini xüsu

arrow Ətraflı
Bu ölkə "Yeni Türkiyə"yə çevrilir like
  • 21 Yan 08:01  
Dünya Bu ölkə "Yeni Türkiyə"yə çevrilir

Rusiya mətbuatı son vaxtlar populyar məkana çevrilən Yaponiyanı "yeni

arrow Ətraflı
21 yanvarda bu bürcləri çətinlik gözləyir like
  • 21 Yan 07:53  
Digərləri 21 yanvarda bu bürcləri çətinlik gözləyir

Bürc dairəsinin hansı nümayəndələri çətinliklərlə üzləşəcək və

arrow Ətraflı
Evdə ən çox elektrik sərf edən bu cihaz imiş like
  • 21 Yan 07:47  
Digərləri Evdə ən çox elektrik sərf edən bu cihaz imiş

Elektrik qəbzi gözlənildiyindən yüksək olduqda, bir çox insan kondisioner

arrow Ətraflı
Keçmiş hərbi müxbir, iş adamı  ABŞnin yeni vitseprezidenti kimdir? like
  • 21 Yan 07:39  
Dünya Keçmiş hərbi müxbir, iş adamı ABŞnin yeni vitseprezidenti kimdir?

Vaşinqtonda ABŞ-nin yeni prezidenti Donald Trampla eyni vaxtda and içib vəzi

arrow Ətraflı
“Zaporojets”lər yenidən istehal olunacaq like
  • 21 Yan 07:28  
Digərləri “Zaporojets”lər yenidən istehal olunacaq

Ukraynanın Zaporojye vilayətində "Zaporojets" markalı avtomobillə

arrow Ətraflı
Gündə nə qədər pendir məsləhətdir? like
  • 21 Yan 07:15  
Digərləri Gündə nə qədər pendir məsləhətdir?

Sağlamlığa zərər vermədən gündə 50 qramdan çox olmayan miqdarda pendir

arrow Ətraflı
Tünd şokoladın bilinməyən zərərləri  XƏBƏRDARLIQ like
  • 21 Yan 07:01  
Digərləri Tünd şokoladın bilinməyən zərərləri XƏBƏRDARLIQ

Tünd şokolad tərkibindəki yüksək antioksidanlar, maqnezium, dəmir və dig

arrow Ətraflı
Qazaxıstanda zəlzələ oldu like
  • 21 Yan 06:51  
Dünya Qazaxıstanda zəlzələ oldu

Qazaxıstanın Ust-Kamenoqorsk şəhərindən 220 km cənub-şərqdə 3,1 bal g�

arrow Ətraflı