"İttiham olunan şəxslər ən ağır cəza ilə cəzalandırılacaq"


Digərləri 21 Yan 2025 13:57:00 78 0

"İttiham olunan şəxslər ən ağır cəza ilə cəzalandırılacaq"

Bu gün hərbi cinayətlərdə ittiham olunan ermənilərin məhkəməsində zərərçəkmiş kimi iştirak edirəm.

Bunu Trend-ə açıqlamasında Ağdam rayonunda minaya düşərək zərər çəkən şəxs Süleyman Heydərov deyib.

"Zərərçəkmiş kimi onu deyə bilərəm ki, millətimizə qarşı cinayətlərdə ittiham olunan ermənilər Azərbaycanın ədalət mühakiməsinə çıxarıldı. Heç şübhə etmirəm ki, ədalətin aliliyi qorunub saxlanılacaq. İttiham olunan şəxslər ən ağır cəza ilə cəzalandırılacaq", - o bildirib.

Qeyd edək ki, Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma "Dağlıq Qarabağ respublikası" və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə bu gün məhkəmənin növbəti iclası başlayıb.

Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə məhkəmənin növbəti hazırlıq iclası davam etdirilir.

Məhkəmənin hazırlıq iclası yanvarın 17-də başlayıb. Təqsirləndirilən şəxslər erməni dilində tərcüməçilərlə, müdafiə üçün vəkillərlə təmin edilib.

Məhkəmədə dövlət ittihamını 6 prokuror, Azərbaycan dövləti adından zərərçəkmiş qismində isə Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak edib.

Cinayət işi üzrə 531 mindən çox zərərçəkmiş və onların nümayəndələri var.

Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz "Dağlıq Qarabağ respublikası" və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Elektrik avtobuslarının problemi nədir? like
  • 21 Yan 13:48  
Digərləri Elektrik avtobuslarının problemi nədir?

Paytaxtımızın ekoloji təmiz avtobusları deyəsən çox da təmiz işləmir.

arrow Ətraflı
TikTokun bağlanmasına əsəbiləşib görün nə etdi like
  • 21 Yan 13:40  
Dünya TikTokun bağlanmasına əsəbiləşib görün nə etdi

Viskonsin ştatında yeniyetmə TikTok qadağasına görə qəzəblənib, yerli

arrow Ətraflı
Tramp 1600 nəfəri əfv etdi like
  • 21 Yan 13:26  
Dünya Tramp 1600 nəfəri əfv etdi

ABŞ Prezidenti Donald Tramp andiçmə mərasimindən sonra Kapitoliya binasın

arrow Ətraflı
İrandan Azərbaycana 37 kq narkotik keçirilməsinin qarşısı alınıb like
  • 21 Yan 13:19  
Digərləri İrandan Azərbaycana 37 kq narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı al�

arrow Ətraflı
Telefon zəngləri ilə talanan pullar: Necə qorunmalı? like
  • 21 Yan 13:13  
Digərləri Telefon zəngləri ilə talanan pullar: Necə qorunmalı?

Son günlər vətəndaşları narahat edən məsələlərdən biri də telefon z

arrow Ətraflı
Prezident Donald Trampa təbrik məktubu ünvanlayıb like
  • 21 Yan 13:09  
Siyasət Prezident Donald Trampa təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının 47-ci Prezidenti Do

arrow Ətraflı
Məşhur salonda lazeroloq qadının saçın yandırıb, günahkar çıxartdı like
  • 21 Yan 13:05  
Digərləri Məşhur salonda lazeroloq qadının saçın yandırıb, günahkar çıxartdı

Bakıda qadın məşhur bir salonda lazer zamanı saçının təpə hissəsinin

arrow Ətraflı
Metroda bunu edənlər 200 manat cərimələnəcək like
  • 21 Yan 12:59  
Digərləri Metroda bunu edənlər 200 manat cərimələnəcək

Bakı metrosunda istifadə qaydalarının pozulmasına görə bəzi cərimələr

arrow Ətraflı
Fərid Səfərli Azərbaycanda həbsdə olan İran casusu ilə dəyişdirildi like
  • 21 Yan 12:56  
Siyasət Fərid Səfərli Azərbaycanda həbsdə olan İran casusu ilə dəyişdirildi

Məlum olduğu kimi, dünən Facebook səhifələrində müəyyən xarici dairə

arrow Ətraflı
Bu bürclə tərəddüd etmədən ailə qura bilərsiniz  İdeal həyat yoldaşı... like
  • 21 Yan 12:49  
Digərləri Bu bürclə tərəddüd etmədən ailə qura bilərsiniz İdeal həyat yoldaşı...

Ailə qurmaq üçün həyat yoldaşı seçərkən, astroloji biliklər çox zama

arrow Ətraflı
Ermənistanda tutulan cinayətkar məhkəmə qarşısında  43 cinayət əməli like
  • 21 Yan 12:41  
Digərləri Ermənistanda tutulan cinayətkar məhkəmə qarşısında 43 cinayət əməli

Ermənistanda tutularaq Türkiyəyə gətirilən cinayət təşkilatının rəhb

arrow Ətraflı
Davos2025: Azərbaycan mövqelərini gücləndirir like
  • 21 Yan 12:34  
Siyasət Davos2025: Azərbaycan mövqelərini gücləndirir

İsveçrə, Davos. Qarla örtülmüş kiçik, amma dünyaca məşhur və elitar

arrow Ətraflı
Prezident İlham Əliyev Davosda Latviya Prezidenti ilə görüşüb  FOTO like
  • 21 Yan 12:33  
Siyasət Prezident İlham Əliyev Davosda Latviya Prezidenti ilə görüşüb FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda

arrow Ətraflı
"İslamda sünnət deyilən şey yoxdur"  İlahiyyatçıdan şok açıqlama like
  • 21 Yan 12:28  
Digərləri "İslamda sünnət deyilən şey yoxdur" İlahiyyatçıdan şok açıqlama

Tanınmış türkiyəli ilahiyyatçı Əbdüləziz Bayındır izləyicilərinin

arrow Ətraflı