Telefon zəngləri ilə talanan pullar: Necə qorunmalı?
Digərləri 21 Yan 2025 13:13:00 144 0
Son günlər vətəndaşları narahat edən məsələlərdən biri də telefon zəngləri ilə törədilən kiberhücumlardır. Belə hücumlar nəticəsində bir çox hallarda şəxslər dələduzluğun qurbanına çevrilərək ciddi maliyyə itkilərinə məruz qalırlar. Problemin birdəfəlik həlli çətin görünsə də müəyyən qabaqlayıcı tədbirlərin görülməsi mümkündür.
Bu xəbəri də oxu: Azərbaycan Tibb elminə AĞIR İTKİ FOTO
Son.az xəbər verir ki, bu barədə axar.az-ın suallarını cavablandıran kibertəhlükəsizlik hüququ üzrə ekspert, hüquq üzrə fəlsəfə doktoru Təbriz Raufoğlu qeyd edib ki, belə hallar internetin bəşəriyyətə qazandırdığı pozitiv nəticələrlə birlikdə, neqativləri də özü ilə birlikdə gətirməsinin bariz nümunəsidir.
Onun sözlərinə görə, bu cür kiberhücumlar həm vətəndaşlar, həm cəmiyyət, həm də dövlət üçün ciddi təhdiddir və bu təhdidin önünə keçmək üçün ümumi fəaliyyət tələb olunur:
"Burada hadisə baş verdikdən sonra izləniləcək hüquqi proseduraları bir kənara qoysaq, atıla biləcək addımları iki qrupda toplamaq mümkündür. Birincisi insan mərkəzli, digəri isə texnologiya mərkəzli addımlardır. Birinci istiqamət üzrə hazırda görülə biləcək ən optimal iş vətəndaşları mütəmadi maarifləndirmək, onların məlumatlılıq səviyyəsini artırmaqdır. Yəni vətəndaşlar ilk növbədə bilməlidirlər ki, bəzi hallarda (məsələn, zəng məlumatlarının saxtalaşdırılması - "Caller ID Spoofing" zamanı) rəsmi qurum və ya təşkilatların, tanıdığınız şəxslərin, o cümlədən ailə üzvlərinizin nömrəsilə eynilik təşkil edən nömrələrdən zənglər edilə bilər. Bu cür zənglər zamanı, məsələn, yaxınınızın başına qəza və ya digər fövqəladə hadisə gəldiyi iddia edilərək, kömək məqsədilə sizdən təcili şəkildə ödəniş edilməsi və ya fərdi və maliyyə məlumatlarınızın təqdim edilməsi tələb edilə bilər.
Belə hallarda zəng edən şəxsin kimliyindən əmin deyilsinizsə, dəqiqləşdirmək üçün əlavə məlumat tələb edin. Təmsil etdiyini iddia etdiyi təşkilata onların rəsmi əlaqə kanalları vasitəsilə müraciət edin.
Xarici ölkələrdən gələn zənglərə münasibətdə, eləcə də zənglərdə zəif səs keyfiyyəti, robotik ton və ya danışıqda qeyri-təbii ritm müşahidə edirsinizsə, ehtiyatlı olun;
Telefon zəngində sizdən fərdi məlumatlar, bank kartı nömrələri və ya şifrə (o cümlədən, telefon nömrənizə göndərilən təsdiq kodu) istənilərsə, məlumatları təqdim etməyin, zəngi sonlandırın;
Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının 47-ci Prezidenti Do

Bakıda qadın məşhur bir salonda lazer zamanı saçının təpə hissəsinin

Bakı metrosunda istifadə qaydalarının pozulmasına görə bəzi cərimələr

Məlum olduğu kimi, dünən Facebook səhifələrində müəyyən xarici dairə

Türkiyənin Bolu vilayətində yerləşən "Kartalkaya" dağ-xizək k

Ailə qurmaq üçün həyat yoldaşı seçərkən, astroloji biliklər çox zama

Ermənistanda tutularaq Türkiyəyə gətirilən cinayət təşkilatının rəhb

İsveçrə, Davos. Qarla örtülmüş kiçik, amma dünyaca məşhur və elitar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda

Tanınmış türkiyəli ilahiyyatçı Əbdüləziz Bayındır izləyicilərinin

Bir neçə gün öncə Dubayda 76 yaşında vəfat edən "Azərsun Holdinq&

İnsult keçirən xalq artisti Ənvər Həsənovun səhhəti yenidən pisləşib

Qazaxıstanın Astana şəhərində yaşayan bloger Aygül Berdigalievanın payl

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqay

Gündə bir ədəd mixək çeynəmək sağlamlıq üçün bir çox fayda təmin
