Ən çox qızıl ehtiyatları olan 20 ÖLKƏ
Digərləri 18 Yan 2025 17:12:00 80 0
Qızıl ehtiyatı dövlətlərə maliyyə siyasətini həyata keçirmək və fövqəladə hallar zamanı ən zəruri ehtiyaclarını ödəmək üçün lazımdır. Buna görə də dünyanın əksər dövlətlərinin qızıl fondları mövcuddur.
Bu xəbəri də oxu: Canlı efirdə Hikmət Babaoğlunun halı PİSLƏŞDİ yayım dayandı VİDEO
1987-ci ildə yaradılan Ümumdünya Qızıl Şurası isə həmin dövlətlərdə mövcud olan qızılın miqdarı ilə bağlı statistika aparır. Hazırda dünya bazarlarında qızılın 1 unsiyası (31,1 qram) 2700-2800 dollar ətrafında dəyişir.
Son.az dünyanın ən böyük qızıl ehtiyatları olan ölkələrini təqdim edir.
1. ABŞ - 8 133 ton
Dünyanın nə böyük qızıl ehtiyatına malik dövləti Amerika Birləşmiş Ştatlarıdır. Burada ilk dəfə 1933-cü ildə qızıl fondu yaradılıb. 1946-cı ildə qızıl ehtiyatı ABŞ tarixinin ən böyük həcminə - 20 min 205 tona çatıb. Növbəti illərdə dolların stabilləşdirilməsi məqsədilə qızıldan aktiv istifadə olunduğu üçün onun həcmi 2 dəfəyə qədər azalır. Hazırda ABŞ 8 min 133 kiloqram qızıl ehtiyatı ilə dünyada ən böyük qızıl fonduna malikdir. Daha 60 ölkənin qızıl ehtiyatı Amerikadakı xüsusi anbarlarda saxlanılır.
2. Almaniya - 3 352 ton
Siyahıda ikinci yeri tutan Almaniya isə 1951-ci ildən özünə "ağ qızıl" ehtiyatı toplamağa başlayıb. 1968-ci ildə ehtiyatlar öz ən yüksək həddinə - 4 min tona çatıb. Hazırda bu göstərici 3,352 kiloqrama qədər azalıb. Maraqlıdır ki, Almaniyanın qızıl ehtiyatlarının 70 faizi ABŞ Federal Rezerv Bankında, Londonda yerləşən İngiltərə bankında və Parisədki Fransa bankında yerləşir.
3. İtaliya - 2 452 ton
İtaliya Benito Mussolini diktaturası başladığı andan qızıl potensialını aktiv şəkildə artırıb. Qeyri-stabil siyasi və iqtisadi durum İtaliya hakimiyyətini qızıl ehtiyatından isitfadə etməyə sövq edirdi. Buna baxmayraq, Ümumdünya Qızıl Şurasının son məlumatları İtaliyanın dünyada ən böyük 3-cü qızl ehtiyatına malik olduğunu göstərir.
4. Fransa - 2 437 ton
Fransa ötən əsrin 60-cı illərində dollar ehtiyatlarını qızıla dəyşiməklə özü üçün böyük "ağ qızıl" ehtiyatı yaradıb. 1965-ci ildə rəsmi Paris 4 min 400 ton qızıl ehtiyatının olduğunu elan etmişdi. Hazırda bu ehtiyatlar 2 min ton azalsa da, Fransa dünyanın qızıl ehtiyatı çox olan 4-cü dövlətidir. Fransızlar 3-cü pillədəki İtaliyadan bir az geri qalırlar. Qeyd olunmalıdır ki, əksər ölkələrdən fərqli olaraq, Fransa öz qızıl ehtiyatlarını ABŞ Federal Rezerv Bankında saxlayır.
5. Rusiya - 2 336 ton
Rusiya son 10 ildə dünya bazarlarında aktiv şəkildə qızıl əldə etdiyi üçün ilk "beşliy"ə daxil ola bilib. 1993-cü ildə 267,2 ton, 2003-cü ildə isə 387,6 ton qızıl ehtiyatına malik Rusiyanın 2015-ci ildə 1,149 ton qızıl ehtiyatı var idi. Ukrayna böhranı ilə bağlı iqtisadi sanksiyalara məruz qaldıqdan sonra, şimal qonşumuz qızıl ehtiyatının həcmini əhəmiyyətli dərəcədə artırmaqda davam edir.
Siyahıda sonrakı yerlərdə aşağıdakı ölkələr gəlir: 6. Çin - 2 264 ton
7. İsveçrə - 1 040 t
"Trabzonspor"un gənc futbolçusu Enis Destan şəxsi həyatında yaş
Bir sıra Avropa rəsmiləri son aylar Yaxın Şərqdə baş verən hadisələr
İtaliyada xorvatiyalı cibgir 150-ci dəfə tutulsa da, əvvəlki kimi yenidən
Müğənni Şəbnəm Tovuzlu iddialı açıqlama verib.
ABŞ Prezidenti Co Baydenin prezidentlik müddətinin sonuna yaxın Ağ Evdə ə
ABŞ Ali Məhkəməsi Çin sosial media platforması TikTok-un ölkədə qad
Belarus prezidenti Aleksandr Lukaşenko jurnalistlərə hansı ətirə üstünl
Bakı Kitab Mərkəzində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunm
Yaşıl Taxta İlan ili çoxları üçün zəngin və gözlənilməz olacağın�
Türkiyənin Ankara şəhərində genetik mutasiya nəticəsində 4 qulağı ola
Bu gün Tehranın Ərk meydanında güllələnən İran Ali Məhkəməsi hakiml�
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu aktrisa həyat yoldaşı Aysel İbra
Gözlərinizin yorulduğunu hiss etdiyiniz zaman gərginliyi aradan qaldırmağ�
Biz hazırda Suriyaya müxtəlif istiqamətlərdə yardımlar təklif edirik.