Aliment problemi ilə bağlı yenilik: Vəsait necə müəyyən ediləcək?


Digərləri 18 Yan 2025 22:47:00 82 0

Aliment problemi ilə bağlı yenilik: Vəsait necə müəyyən ediləcək?

Ali Məhkəmə Plenumunun 2024-cü il 20 dekabr tarixli qərarı ilə ailə münasibətləri ilə bağlı bəzi qərarlara əlavə və dəyişikliklər edilib. Bu dəyişiklikləri Ali Məhkəmənin Mülki Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev şərh edib. O qeyd edib ki, burada ümumi məqsəd ədalət mühakiməsinin səmərəliliyinin artırılması, vətəndaşların hüquq və azadlıqlarının daha effektiv müdafiəsi, uşaqların üstün mənafelərinin qorunması, habelə ayrı-ayrı kateqoriya işlərə baxılması üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsidir.

Məlumdur ki, boşanmalar zamanı ən böyük çəkişmələr məhz aliment və uşaqların valideyni ilə ünsiyyət məsələsində yaranır. Sözügedən dəyişikliklər bu kimi məhkəmə çəkişmələrini xüsusən də, aliment mübahisələrində məhkəmələrin iş yükünü azaldır və vətəndaşları yeni iddia qaldırmaqdan azad edir.

Bəs aliment və ünsiyyət problemi ilə bağlı mühüm yeniliklər nədir? Qərarı Vəkillər Kollegiyasının üzvü, vəkil Günay Cəfərli ilə müzakirə etdik.

Son.az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Aliment necə müəyyən ediləcək?

Vəkil "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, Ali Məhkəmə Plenumunun məlum qərarı ilə olan dəyişiklikləri aliment məbləğinin müəyyən edilməsi və uşaqla ünsiyyət hüququ olaraq iki yerə bölə bilərik.

Ən çəkişməli, sosial şəbəkələrdə daim müzakirə olunan problem aliment məsələsidir. Vəkil deyir ki, aliment artıq minimum əməkhaqqının müəyyən misli ilə təyin ediləcək: "Məlum olduğu kimi nikah pozulan zaman birgə nikah zamanı doğulan uşaqların hansı valideynin yanında qalması və hansı valideyndən uşaqlar üçün aliment tutulması məsələsi məhkəmə tərəfindən həll edilməlidir. Yeni qaydalara qədər aliment müəyyən edilən zaman Ailə Məcəlləsinə uyğun olaraq, ya sabit pul məbləği şəklində, ya da aliment tələb olunan valideynin əməkhaqqının müəyyən misli məbləğində tutulurdu. Hazırkı qaydaya əsasən isə artıq sabit pul məbləğində aliment tutularkən onun məbləği konkret rəqəmlə, yəni, ölkə üzrə uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumu məbləği ilə deyil, minimum əməkhaqqının misli məbləğində müəyyən ediləcək".

Məhkəmə bir uşağa görə 240 manat aliment müəyyən etmək istəyirsə...

Məlumdur ki, hər il ölkə üzrə yaşayış minimumu haqqında qanun qəbul edilir, həmin qanunda da uşaqlar üçün yaşayış minimumu müəyyən edilirdi. Vəkil bildirir ki, məhkəmələr tərəfindən aliment sabit məbləğdə təyin edilən zaman həmin məbləğ nəzərə alınırdı: "Məsələn, 2024-cü ildə hər uşaq üçün yaşayış minimumu ölkə üzrə 235 manat müəyyən olunmuşdu, məhkəmələr aliment müəyyən edəndə həmin məbləği sabit pul şəklində təyin edirdilər. Ali Məhkəmə Plenumunun qeyd edilən qərarı ilə isə məhkəmə aliment məbləğini təyin edərkən minimum əmək haqqı məbləğinin misli ilə ifadə etməklə indeksasiya aparacaq. Məsələn, məhkəmə bir uşağa görə 240 manat aliment müəyyən etmək istəyirsə, onda aliment məbləğini 240 manat olaraq deyil, minimum əmək haqqı məbləğinin 0.6 misli məbləğində müəyyən edəcək. 2025-ci il üçün minimum əmək haqqı məbləği 400 manat təşkil etdiyindən, həmin məbləğin 0.6 misli 240 manat olacaq".

Minimum əməkhaqqı artdıqca...

Həmsöhbətimiz deyir ki, bu cür hesablamanın aparılması o baxımdan sərfəlidir ki, əvvəllər yaşayış minimumu artdıqca, hər il valideyn aliment məbləğinin artırılması üçün yenidən iddia qaldırmaq məcburiyyətində olurdu: "Artıq aliment məbləği yaşayış minimumuna görə yox, minimum əməkhaqqı məbləğinin artımına uyğun müvafiq hesablama ilə aparıldığına görə gələcəkdə bu cür iddianın qaldırılmasına ehtiyac qalmır. Hesablama zamanı ölkədə minimum əməkhaqqı məbləği artdıqca, aliment məbləği də müvafiq indeksasiya üzrə artacaq. Bu, uşaqların mənafeyinin qorunmasına, onların xərclərinin ölkədə minimum əməkhaqqı məbləğinin artırılmasına uyğun qarşılanmasına imkan verəcək".

Digər məsələ isə odur ki, Ailə Məcəlləsinin tələbinə görə, aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizindən çox olmayan məbləği uşağın adına açılmış bank hesabına köçürülə bilərdi: "Buradakı dəyişiklik ondan ibarətdir ki, artıq bu proses məhkəmədə yenidən iddia qaldırmaq əsasında deyil, icra qaydasında ərizə vermək yolu ilə öz həllini tapacaq".

Valideynlər öz öhdəliklərini biləcəklər

Yuxarıda da qeyd etdiyimiz kimi, ikinci mühüm dəyişiklik ünsiyyət hüququ ilə bağlıdır. Vəkil bildirir ki, valideyn əvvəllər ünsiyyət hüququnun əldə edilməsi üçün ayrıca iddia qaldırmalı idisə, yeni qaydaların tətbiqindən sonra buna ehtiyac qalmayacaq: "Himayəsinə uşaq verilməyən valideyn uşaqla görüşmək hüququna malikdir. Yeni qaydaların tətbiqindən sonra boşanma prosesində uşaqla ünsiyyət məsələsi də öz həllini tapacaq. Yeni bir iddianın qaldırılmasına, uzun-uzadı məhkəmə çəkişmələrinə ehtiyac qalmayacaq. Əvvəlki məhkəmə təcrübəsindən fərqli olaraq yeni qaydalar müəyyən edir ki, ünsiyyətlə bağlı vəzifələr icra məmurlarının üzərinə qoyulmayacaq. Valideynlər ünsiyyətlə bağlı münasibətlərdə öz öhdəliklərini biləcəklər və həmin qətnaməni könüllü şəkildə icra etməli olacaqlar. Əks təqdirdə məsuliyyət məsələsi ortaya çıxacaq. Məhkəmənin qətnaməsini icra etməyən, uşaqla ünsiyyət hüququna maneçilik törədən valideynlə bağlı məsuliyyət tədbirləri görüləcək".

Vəkil vurğulayır ki, uşaqla ünsiyyət hüququnun müəyyən olunmasından sonra ünsiyyətin vaxtı, yeri kimi məsələlər Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən, ərizə təqdim etmək yolu ilə həyata keçiriləcək və 10 iş günü müddətinə baxılacaq. Yəni, aylarla məhkəmə prosesi, xərclər, mediasiya, vaxt itkisinə ehtiyac olmayacaq". Son.az

Bakıda avtomobil mağazaya çırpıldı  satıcılar ağır xəsarət aldı like
  • 18 Yan 22:29  
Digərləri Bakıda avtomobil mağazaya çırpıldı satıcılar ağır xəsarət aldı

Bakının Səbail rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Bu məhsul bahalaşdı  1 dənəsi 50 qəpik like
  • 18 Yan 22:25  
Digərləri Bu məhsul bahalaşdı 1 dənəsi 50 qəpik

Paytaxt bazarlarında kənd yumurtasın artıq 40-50 qəpikdən təklif olunur.

arrow Ətraflı
DİN İmişlidən daha bir VİDEO yaydı like
  • 18 Yan 22:23  
Digərləri DİN İmişlidən daha bir VİDEO yaydı

İmişli rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat had

arrow Ətraflı
Gəncə Tibb Kollecində rüşvət tələb olunur? like
  • 18 Yan 22:16  
Digərləri Gəncə Tibb Kollecində rüşvət tələb olunur?

Gəncə Dövlət Tibb Kollecində oxuyan tələbə onlardan rüşvət tələb ol

arrow Ətraflı
Azersun Holdinqin prezidenti Abdolbari Gozal vəfat edib like
  • 18 Yan 21:53  
Digərləri Azersun Holdinqin prezidenti Abdolbari Gozal vəfat edib

Tanınmış iş adamı, Azersun Holdinqin prezidenti Abdolbari Gozal vəfat edib

arrow Ətraflı
Hökümənin atasının kartından oğurluq edən şəxs həbs edildi  DİN like
  • 18 Yan 21:44  
Digərləri Hökümənin atasının kartından oğurluq edən şəxs həbs edildi DİN

Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Alıyevə məxsus bank kar

arrow Ətraflı
“Rəisinin helikopteri bu səbəbdən qəzaya uğrayıb” like
  • 18 Yan 21:43  
Digərləri “Rəisinin helikopteri bu səbəbdən qəzaya uğrayıb”

İran Silahlı Qüvvələrinin Baş Qərargahı mərhum prezident İbrahim Rəis

arrow Ətraflı
Meymunçiçəyindən necə qorunaq?  AÇIQLAMA like
  • 18 Yan 21:30  
Digərləri Meymunçiçəyindən necə qorunaq? AÇIQLAMA

Bir qədər əvvəl Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəe

arrow Ətraflı
“Klon”un “Hade”si tanınmaz halda like
  • 18 Yan 21:19  
Şou-biznes “Klon”un “Hade”si tanınmaz halda

Məşhur "Klon" serialının aktrisası Covanna Antonelli yeni obrazı

arrow Ətraflı
“Çağırışlarımıza əməl etməsələr...”  Ərdoğandan xəbərdarlıq like
  • 18 Yan 21:03  
Digərləri “Çağırışlarımıza əməl etməsələr...” Ərdoğandan xəbərdarlıq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı terrorçulara növbət

arrow Ətraflı
Abşeronda qəza  ikisi azyaşlı olmaqla 3 nəfər xəsarət aldı like
  • 18 Yan 20:42  
Digərləri Abşeronda qəza ikisi azyaşlı olmaqla 3 nəfər xəsarət aldı

Abşeronda yol-nəqliyyat hadisəsi baş verib, ikisi azyaşlı olmaqla 3 nəfə

arrow Ətraflı
Sevgilisinin xəyanətindən şübhələnən qısqanc oğlan qazini öldürdü like
  • 18 Yan 20:40  
Kriminal Sevgilisinin xəyanətindən şübhələnən qısqanc oğlan qazini öldürdü

Qısqanc oğlan sevgilisini onun əlindən xilas etmək istəyən oğlanı qətl

arrow Ətraflı
Türk verilişində azərbaycanlı iştirakçı gündəm oldu like
  • 18 Yan 20:15  
Şou-biznes Türk verilişində azərbaycanlı iştirakçı gündəm oldu

Türkiyənin reytinqli "En hamarat benim" verilişində azərbaycanlı

arrow Ətraflı
İspaniyada dəhşətli kanat qəzası  onlarla yaralı, 80 nəfər sıxılmış vəziyyətdə qalıb like
  • 18 Yan 19:54  
Dünya İspaniyada dəhşətli kanat qəzası onlarla yaralı, 80 nəfər sıxılmış vəziyyətdə qalıb

İspaniyanın Aragon bölgəsində, Astun dağ-xizək kurortunda şənbə günü

arrow Ətraflı