Kapital Bank kibercinayətkarlıqla mübarizəni 2 qat gücləndirib: 2024cü ildə 198 734 əməliyyatın qarşısını alınıb
Digərləri 18 Yan 2025 20:05:00 70 0
Məlum olduğu kimi son dövrlər dələduzluq faktlarının sayı sürətlə artmaqdadır. Əhalinin kibertəhlükəsizlik mövuzusunda maarifləndirilməsi yönündə banklar, eləcə də Azərbaycan Banklar Assosiasiyası və Daxili İşlər Nazirliyi tərəfindən bir çox maarifləndirmə tədbirləri həyata keçirilsə də kiberdələduzların qurbanı olan insanların sayı olduqca çoxdur. Təəssüf ki, bu mövzuda adı hallanan banklardan biri də 5 milyondan çox müştərisi olan ölkənin birinci bankı Kapital Bank-dır. Müştərilərin çoxluğunu və ölkə əhalisinin böyük əksəriyyətində banka məxsus kartların olduğunu fürsət bilən dələduzlar müxtəlif yollarla müştəriləri aldatmağa və vəsaitlərini mənimsəməyə çalışırlar. Qeyd edək ki, şəxsi məlumatların müştəri tərəfindən ötürüldüyü çox az hallarda oğurlanmış vəsaitin bərpası mümkün olur. Bu səbəbdən də bank müştərilərini kibertəhdidlərə qarşı diqqətli olmağa çağırır. Məlumat üçün bildirək ki, 2024-cü ildə Kapital Banka müraciət edən 141 616 unikal müştərinin 198 734 əməliyyatı dələduzluq əməliyyatı olduğu üçün bloklanıb. Bu, 2023-cü illə müqayisədə 2 dəfə çox müştəridə dələduzluq halının qarşısının alınması deməkdir. Belə ki, 2023-cü ildə bu say 72 000 nəfər olub. Ötən il bank tərəfindən 105 web-sayt, 1000-ə yaxın sosial şəbəkə hesabının dələduzluq fəaliyyətinin qarşısı alınıb. Kapital Bank üçün müştərilərinin təhlükəsizliyi əsas prioritetlərdən biridir. Bunun üçün bankda ISO27001 standartı üzrə 54 nəzarət mexanizmi var. Həmçinin kibertəhlükəsizlik insidentlərinin operativ həlli üçün 7/24 monitorinq mexanizmi qurulub. Bununla da bank əməkdaşları 24 saat ərzində kibertəhdidləri izləyir, təhlükəli məqamlarda müdaxilə edirlər. Bu, müştəri məlumatlarının müstəqil olaraq qorunmasını və operativ şəkildə cavab verilməsini təmin edir. Eləcə də mobil tətbiqin təhlükəsizliyi üçün DevSecOps modeli tətbiq edilir. Bütün bunlara baxmayaraq kimerdələduzluqla mübarizədə banklar və müştərilər birlikdə addımlamalıdırlar. Bu səbəbdən Kapital bank olaraq bir daha müştərilərimizdən diqqətli olmalarını şəxsi məlumatlarını, istifadə etdikləri kart məlumatlarını üçüncü şəxslərə verməməyi, kart məlumatlarını daxil etdikləri platformaların təhlükəsziliyinə əmin olmalarını, kartın üzərində olan 3 rəqəmli kodu, sms vasitəsilə gələn 3D qoruma kodunu, şəxsiyyət vəsiqəsinin fin kodunu heç kimlə bölüşməməyi, Kapital Bank adına hazırlanan və göndərilən qeyri-peşəkar videolara və reklam mətnlərinə inanmamağı xahiş edirik.
Bu xəbəri də oxu: Kiberdələduzluq hadisələrində işlədilən virtual nömrələr nədir?
İspaniyanın Aragon bölgəsində, Astun dağ-xizək kurortunda şənbə günü
Müğənni Bülent Ersoy xarici görünüşü ilə diqqətləri üzərinə çək
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkədə qida
Almaniya Kansleri Olaf Şolts Kiyevə üç milyard avro ayırmanı blokladıqdan
Türkiyə Milli Müdafiə Nazirliyi "Sülh çeşməsi" bölgəsində
Suriya mənbələri Türkiyə ordusunun Suriya ərazisində mövcudluğunun yeni
18 yanvar tarixində İmişli rayonunda baş vermiş faciə qəlbləri sarsıtd�
Bu il "Altın Kələbək" mükafatına layiq görülən azərbaycanlı
Adı 21 800 manat dəyərində kömür məhsulunu mənimsəməkdə hallanan mü�
VII çağırış Milli Məclisdə bir sıra yeni simalar var. Maraqlıdır ki,
ABŞ-nin Kolorado ştatında tükürpərdici hadisə baş verib.
Buğda əsaslı alkoqollu içki anadangəlmə və ya qazanılma bağırsaq disbi
Ögey qardaşı ilə evlənən avstraliyalı aktrisa qız övladı valideyni old
"Sözün bitdiyi an" verilişində gərgin anlar yaşanıb.