Bal adı ilə satılan şərbətlər ayırd etmək üçün ən etibarlı üsullar
Digərləri 18 Yan 2025 19:42:00 66 0
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkədə qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə hazırlanan Multimonitorinq Planının icrası davam etdirilir. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, ticarət şəbəkələrində satılan bal məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərini müəyyən etmək üçün 50 bal məhsulundan nümunələr götürülərək müayinələrə cəlb olunub.
Bu xəbəri də oxu: Kimlərə araq, çaxır və pivə olmaz?
Nümunələrin sınaq nəticəsinə əsasən 23 bal məhsulunda hər hansı uyğunsuzluq aşkarlanmayıb, 9 istehsalçıya məxsus 27 bal məhsulu partiyasında uyğunsuzluqlar müəyyən edilib. Aşkar edilmiş uyğunsuzluqlarla bağlı istehsalçı müəssisələrdə plandandankənar yoxlama aparılıb və məhsul partiyalarının ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı məhdudlaşdırıcı qərarlar qəbul olunub. Eyni zamanda, həmin müəssisələrdən ikisində məhsulların etiket məlumatlarında nöqsan aşkar edildiyinə görə sahibkarlar inzibati məsuliyyətə cəlb edilib.
Aparılan nəzarət tədbirləri zamanı müvafiq rəy əsasında istehlaka yararsız 1560 kiloqram bal məhsulu qanunvericiliyə uyğun olaraq utilizasiya və məhv edilib. Bu sahədə araşdırmalar davam etdirilir.
Sirr deyil ki, ölkədə təmiz bal adı altında satılan məhsullar bir çox hallarda standartlardan uzaq olur. Hərçənd dadına əsasən onları keyfiyyətlidən ayırd etmək asan deyil.
Bəs balın təmizliyinə necə əmin olmalı? Ən etibarlı üsulı hansıdır? Bazardan, yoxsa marketdən almaq daha uyğundur? İnflyasiyanı da nəzərə alsaq, hazırda yaxşı balın bir kilosu neçəyə olmalıdır?
Eyyub Hüseynov: "Təbii bal istehsalçıları bu cür süni balları ayırd edə bilmirlər"
İstehlakçı hüquqlarının müdafiəçisi Eyyub Hüseynov mövzu ilə bağlı "Yeni Müsavat"a deyib ki, ölkənin əmtəə bazarında bal sektorunda problemlər yaşanır: "Çox yaxşı haldır ki, AQTA bunların monitorinqini etməyə. Qeyd edim ki, bizim ofisimizdə nümunələr var. Balı Türkiyədən gətirilmiş xüsusi tozlar (dad verici, qoxu verici), xüsusi qablaşdırma materialları, şəkərlə, eləcə də müəyyən temperatur və texnologiya ilə hazırlanaraq bazara çıxarılır. Üzərində çəkisi və digər göstəricilər göstərilir. Qida Təhlükəsizliyi Agentliyi balın böyük bir partiyasını ifşa edib.
Çox yaxşı haldır, lakin yenə də bu cür hallar davam edir. Bu, ifşa olunan qadın bizim ofisimizə gəlmişdi. O dedi ki, "Mən bunu Rusiyada öyrənmişəm, orada uzun müddət bizneslə məşğul olmuşam, burada da bunu etmək istədim. Nəhayət Azərbaycanda ifşa olundum". Çox yaxşı haldır.
Almaniya Kansleri Olaf Şolts Kiyevə üç milyard avro ayırmanı blokladıqdan
Türkiyə Milli Müdafiə Nazirliyi "Sülh çeşməsi" bölgəsində
Suriya mənbələri Türkiyə ordusunun Suriya ərazisində mövcudluğunun yeni
18 yanvar tarixində İmişli rayonunda baş vermiş faciə qəlbləri sarsıtd�
Bu il "Altın Kələbək" mükafatına layiq görülən azərbaycanlı
Adı 21 800 manat dəyərində kömür məhsulunu mənimsəməkdə hallanan mü�
VII çağırış Milli Məclisdə bir sıra yeni simalar var. Maraqlıdır ki,
ABŞ-nin Kolorado ştatında tükürpərdici hadisə baş verib.
Buğda əsaslı alkoqollu içki anadangəlmə və ya qazanılma bağırsaq disbi
Ögey qardaşı ilə evlənən avstraliyalı aktrisa qız övladı valideyni old
"Sözün bitdiyi an" verilişində gərgin anlar yaşanıb.
Sosial şəbəkələrdə yayılan video marağa səbəb olub.
Xəbər verildiyi kimi, Paytaxtın Həsən Əliyev küçəsindən Ziya Bünyadov
Sevda gözəlliyi ilə göz oxşadı