Mikayıl Müşfiqin güllələndiyi GÜNDÜR


Digərləri 06 Yan 2025 14:30:00 85 0

Mikayıl Müşfiqin güllələndiyi GÜNDÜR

Yanvarın 6-sı XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı, nakam şair Mikayıl Müşfiqin anım günüdür.

Son.az xəbər verir ki, Mikayıl Müşfiqin vəfatından 87 il ötür.

Mikayıl Əbdülqadir oğlu İsmayılzadə 1908-ci il iyunun 5-də Bakının Dağlı məhəlləsində, ziyalı ailəsində dünyaya göz açıb. Atası müəllimlik edib, "Vüsuqi" təxəllüsü ilə şeirlər yazıb. O, 1902-ci ildə Xızıdan Bakıya köçüb. Çox körpə ikən anası Züleyxanı, altı yaşında isə atasını itirmiş balaca Mikayıl yaxın qohumlarının himayəsində böyüyüb. Onun körpə qəlbi bu itkilərdən yaralansa da, həyatdan küsməyib və hər zəhmətə qatlaşaraq ardıcıl təhsil alıb. 1915-1920-ci illərdə rus-Azərbaycan məktəbində, 1920-1927-ci illərdə əvvəlcə Bakı Darülmüəllimində, sonra isə 12 nömrəli ikinci dərəcəli məktəbdə, 1927-1931-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində oxuyub. Əmək fəaliyyətinə müəllimliklə başlayıb, Bakı məktəblərində yeddi il dərs deyib.

Mikayıl Müşfiqin "Bu gün" adlı ilk şeiri 1926-cı ildə "Gənc işçi" qəzetində, "Duyğu yarpaqları" adlı son şeiri isə 1937-ci ildə "Ədəbiyyat qəzeti"ndə dərc edilib.

Məhsuldar yaradıcılığı sayəsində 1930-cu ildən başlayaraq onun "Küləklər", "Günün səsləri", "Buruqlar arasında", "Bir may", "Pambıq", "Vuruşmalar", "Şeirlər", "Şəngül, Şüngül, Məngül", "Qaya", "Kəndli və ilan" kitabları nəşr olunub.

Şairin ömür-gün yoldaşı Dilbər Axundzadənin 1968-ci ildə "Müşfiqli günlərim" adlı xatirələr kitabı nəşr olunub.

Mikayıl Müşfiq tərcümə ilə də məşğul olub. A.Puşkinin "Qaraçılar" (Ş.Abbasov ilə birlikdə), M.Lermontovun "Demon" poemalarını (R.Rza ilə birlikdə), S.Marşakın "Huşsuza bax, huşsuza" şeirini, T.Şevçenkonun, Ö.Xəyyamın və başqa şairlərin irsindən nümunələri, eləcə də M.F.Axundzadənin "Şərq poeması"nı Azərbaycan dilinə çevirib. 

Sovet imperiyasının repressiya dalğasına tuş gələn Mikayıl Müşfiq 1938-ci il yanvarın 6-da amansızlıqla güllələnib. 

Şairin zəngin ədəbi irsinə şeirdən tutmuş poemayadək ("Çoban", "Mənim dostum", "Qaya", "Sındırılan saz", "Səhər", "Azadlıq dastanı") lirik növün əksər janrları daxildir. 

Onun xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, yaşadığı binanın qarşısına xatirə lövhəsi vurulub, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilib, Xızıda xatirə muzeyi yaradılıb./modern.az

Park Cinemada "Apatiya 2" filminin Qala Gecəsi keçiriləcək like
  • 06 Yan 14:28  
Digərləri Park Cinemada "Apatiya 2" filminin Qala Gecəsi keçiriləcək

10 yanvar, saat 19:00-da Park Cinema Flame Towers filialında Hikmət Rəhimovun

arrow Ətraflı
Məktəblilərin ölümünə səbəb olan sürücüyə hökm oxundu like
  • 06 Yan 14:25  
Digərləri Məktəblilərin ölümünə səbəb olan sürücüyə hökm oxundu

Zaqatalada sərxoş halda və sürücülük hüququ olmadan idarə etdiyi avtomo

arrow Ətraflı
Bu çayları içməyin  Orqanizmə zəhər saçır like
  • 06 Yan 14:20  
Digərləri Bu çayları içməyin Orqanizmə zəhər saçır

Bu çaylar hormonal pozulma, çəki artımı, insulinə müqavimət, sperma keyf

arrow Ətraflı
Yağış intensivləşəcək  XƏBƏRDARLIQ like
  • 06 Yan 14:16  
Digərləri Yağış intensivləşəcək XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında yanvarın 7-si axşamdan 8-i gündüzədək

arrow Ətraflı
Ötən ilin dekabr ayında 246 kqdan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb  DSX like
  • 06 Yan 14:14  
Digərləri Ötən ilin dekabr ayında 246 kqdan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb DSX

2024-cü ilin dekabr ayı ərzində narkоtik vasitələrin qеyri-qanuni dövri

arrow Ətraflı
Səhiyyə Nazirliyindən yeni yayılan respirator virusla bağlı AÇIQLAMA like
  • 06 Yan 14:09  
Digərləri Səhiyyə Nazirliyindən yeni yayılan respirator virusla bağlı AÇIQLAMA

Hər il Şimal Yarımkürəsində yerləşən ərazilərdə soyuq aylarda (əsas

arrow Ətraflı
“Qəzadan 10 gün əvvəl oxşar hadisə baş vermişdi” like
  • 06 Yan 14:03  
Siyasət “Qəzadan 10 gün əvvəl oxşar hadisə baş vermişdi”

"Prokurorluğun işçi qrupları həm Qroznı, həm Aktau şəhərlərinə

arrow Ətraflı
Tətildən sonra işə adaptasiya olmaq üçün nə edək? like
  • 06 Yan 13:55  
Digərləri Tətildən sonra işə adaptasiya olmaq üçün nə edək?

Tətildən sonra işə adaptasiya olmaq bəzən çətin ola bilər, amma düzgü

arrow Ətraflı
Rüfət Axundov efirdə ağladı like
  • 06 Yan 13:49  
Şou-biznes Rüfət Axundov efirdə ağladı

"İncə səhər" verilişinin bugünkü buraxılışı ötən gün və

arrow Ətraflı
"Günahkarların cəzalandırılmasını tələb edirik" like
  • 06 Yan 13:47  
Siyasət "Günahkarların cəzalandırılmasını tələb edirik"

Əminliklə deyə bilərəm ki, Azərbaycan vətəndaşlarının bu qəzada (Akt

arrow Ətraflı
Bayramda yığdığımız kaloriləri necə verək? like
  • 06 Yan 13:41  
Digərləri Bayramda yığdığımız kaloriləri necə verək?

Bayramda yığdığınız kaloriləri nəfəs məşqləri ilə atmaq mümkündü

arrow Ətraflı
Abşeronda narkotik tədarükçüsü 30 kq marixuana ilə tutulub like
  • 06 Yan 13:34  
Digərləri Abşeronda narkotik tədarükçüsü 30 kq marixuana ilə tutulub

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin

arrow Ətraflı
Qəhvəyə şirinlik qatmaq üçün bunları əlavə edin – şəkərin alternativi like
  • 06 Yan 13:27  
Digərləri Qəhvəyə şirinlik qatmaq üçün bunları əlavə edin – şəkərin alternativi

Gündəlik olaraq istifadə etdiyimiz şəkər heç də sağlıqlı deyil. Lakin

arrow Ətraflı
22 milyona balıq satıldı  REKORD like
  • 06 Yan 13:21  
Dünya 22 milyona balıq satıldı REKORD

Yaponiyanın paytaxtı Tokioda keçirilən balıq hərracında rekord satış ə

arrow Ətraflı