Səhiyyə Nazirliyindən yeni yayılan respirator virusla bağlı AÇIQLAMA


Digərləri 06 Yan 2025 14:09:00 70 0

Səhiyyə Nazirliyindən yeni yayılan respirator virusla bağlı AÇIQLAMA

Hər il Şimal Yarımkürəsində yerləşən ərazilərdə soyuq aylarda (əsasən dekabr-mart aylarında) mövsümi qrip (influenza) və digər kəskin respirator virus infeksiyalarının müxtəlif ştamları yayılır. Rəsmi mənbələrdən alınmış məlumatlara əsasən sözügedən xəstəliklərin daha bir təzahürü olan metapnevmovirus üzrə qeyri-stabil epidemioloji vəziyyət Çin, Qazaxstan və Rusiya Federasiyasında müşahidə olunur.

Bu barədə Son.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilir ki, metapnevmovirus mövsümi xarakter daşıyan qripəbənzər respirator xəstəlikdir. Bu virus bütün dünyada geniş yayılıb və kəskin respirator virus infeksiyalarının tipik patogenlərindən biridir:

"Metapnevmovirus bir çox digər kəskin respirator virus infeksiyalarına xas olan öskürək, burun tutulması, burun axması, hərarətin yüksəlməsi, nəfəs darlığı, səsin boğulması kimi simptomlarla təzahür edir.

Bu infeksiyaya əsasən kiçik yaşlı uşaqlar və immuniteti zəif olan şəxslər yoluxur. Virus yuxarı tənəffüs yollarında inkişaf edir və digər virus xəstəlikləri kimi adətən 7-10 gün ərzində aradan qalxır.

Immun sistemi zəif olan və ya yanaşı xəstəlikləri olan (məs., bronxial astma, ağciyərlərin xroniki xəstəlikləri) insanlarda bronxit və ya pnevmoniya ilə ağırlaşa bilər.

Bunu da qeyd etmək lazımdır ki, yanaşı xəstəlikləri olmayan şəxslərdə respirator infeksiyalar əsasən fəsadsız keçir, qısa müddət ərzində öz-özünə sağalma ilə nəticələndiyindən müalicə adətən simptomlara görə aparılır.

Belə xəstələrdə laborator müayinə nəticəsində virusun dəqiqləşdirilməsi müalicəvi yanaşma baxımından xəstə üçün heç nəyi dəyişmir. Beynəlxalq protokollara əsasən bu cür müayinələrin rutin aparılmasına ehtiyac yoxdur".

Qeyd edilir ki, ölkə ərazisində epidemioloji vəziyyətə nəzarət, epidemik dövrdə qripin hansı ştamlarının dövr etməsini müəyyən etmək üçün Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin müvafiq laboratoriyasında xəstələrin burun-udlaq nahiyəsindən götürülmüş yaxmaların molekulyar üsulla (PZR) müayinəsi aparılır.

"Əhalinin sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi xüsusilə yüksək həssaslığa malik şəxslərə kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən (tibbi maskalardan) istifadə, həmçinin əl gigiyenasına riayət etməyi, gündəlik qidalanma rejiminə bol vitaminli ərzaqların daxil edilməsini tövsiyə edir. Hər hansı respirator simptomları olan şəxslərin ev şəraitində simptomatik müalicə alması məqsədəuyğun hesab olunur.

Bununla yanaşı, respirator virus infeksiyaları üzrə risk qrupuna daxil olan şəxslərin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən elan olunmuş qrip əleyhinə vaksinasiyadan keçməsi tövsiyə olunur.

Hər bir vətəndaş sağlamlığına xüsusi diqqət və məsuliyyətlə yanaşmalı, özünü və ətrafındakıları infeksiyalara yoluxmadan qorumalıdır", - məlumatda vurğulanıb.

“Qəzadan 10 gün əvvəl oxşar hadisə baş vermişdi” like
  • 06 Yan 14:03  
Siyasət “Qəzadan 10 gün əvvəl oxşar hadisə baş vermişdi”

"Prokurorluğun işçi qrupları həm Qroznı, həm Aktau şəhərlərinə

arrow Ətraflı
Tətildən sonra işə adaptasiya olmaq üçün nə edək? like
  • 06 Yan 13:55  
Digərləri Tətildən sonra işə adaptasiya olmaq üçün nə edək?

Tətildən sonra işə adaptasiya olmaq bəzən çətin ola bilər, amma düzgü

arrow Ətraflı
Rüfət Axundov efirdə ağladı like
  • 06 Yan 13:49  
Şou-biznes Rüfət Axundov efirdə ağladı

"İncə səhər" verilişinin bugünkü buraxılışı ötən gün və

arrow Ətraflı
"Günahkarların cəzalandırılmasını tələb edirik" like
  • 06 Yan 13:47  
Siyasət "Günahkarların cəzalandırılmasını tələb edirik"

Əminliklə deyə bilərəm ki, Azərbaycan vətəndaşlarının bu qəzada (Akt

arrow Ətraflı
Bayramda yığdığımız kaloriləri necə verək? like
  • 06 Yan 13:41  
Digərləri Bayramda yığdığımız kaloriləri necə verək?

Bayramda yığdığınız kaloriləri nəfəs məşqləri ilə atmaq mümkündü

arrow Ətraflı
Abşeronda narkotik tədarükçüsü 30 kq marixuana ilə tutulub like
  • 06 Yan 13:34  
Digərləri Abşeronda narkotik tədarükçüsü 30 kq marixuana ilə tutulub

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin

arrow Ətraflı
Qəhvəyə şirinlik qatmaq üçün bunları əlavə edin – şəkərin alternativi like
  • 06 Yan 13:27  
Digərləri Qəhvəyə şirinlik qatmaq üçün bunları əlavə edin – şəkərin alternativi

Gündəlik olaraq istifadə etdiyimiz şəkər heç də sağlıqlı deyil. Lakin

arrow Ətraflı
22 milyona balıq satıldı  REKORD like
  • 06 Yan 13:21  
Dünya 22 milyona balıq satıldı REKORD

Yaponiyanın paytaxtı Tokioda keçirilən balıq hərracında rekord satış ə

arrow Ətraflı
SOCAR bəzi dənizçiləri təxliyə edib like
  • 06 Yan 13:10  
Digərləri SOCAR bəzi dənizçiləri təxliyə edib

Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, küləkli, qeyri-sab

arrow Ətraflı
“Ümid 2025” İncəsənət müsabiqəsi keçiriləcək like
  • 06 Yan 13:03  
Kriminal “Ümid 2025” İncəsənət müsabiqəsi keçiriləcək

11-12 yanvar tarixində "Azərbaycan Gənclər İttifaqı" və Azərba

arrow Ətraflı
Azərbaycanın xalq artistləri konsert proqramı ilə çıxış edəcəklər like
  • 06 Yan 12:50  
Kriminal Azərbaycanın xalq artistləri konsert proqramı ilə çıxış edəcəklər

Yanvarın 12-də Opera Studiyasının səhnəsində Azərbaycanın xalq artistl�

arrow Ətraflı
Ən çox sevilən kinolar  SİYAHI like
  • 06 Yan 12:45  
Dünya Ən çox sevilən kinolar SİYAHI

IMDB dünya kinolarına dair məlumat bazası bütün zamanların ən yaxşı 25

arrow Ətraflı
Ermənistan silahlı qüvvələri mövqelərimizi bir neçə dəfə atəşə tutub  MN like
  • 06 Yan 12:43  
Siyasət Ermənistan silahlı qüvvələri mövqelərimizi bir neçə dəfə atəşə tutub MN

Son günlər Ermənistan silahlı qüvvələri mövqelərimizi bir neçə dəfə

arrow Ətraflı