Təyyarə bu səbəbdən Aktauya uçub Qazax rəsmiləri açıqladı: Xronoloji ardıcıllıq


Digərləri 27 Dek 2024 11:20:00 138 0

Təyyarə bu səbəbdən Aktauya uçub  Qazax rəsmiləri açıqladı: Xronoloji ardıcıllıq

Qazax rəsmiləri təyyarənin idarəetmə sistemlərinin Qazaxıstan hava məkanına daxil olmamışdan əvvəl sıradan çıxdığını bildirib

Qazaxıstan AZAL-ın təyyarə qəzası ilə bağlı təfərrüatı açıqlayıb.

Son.az bu barədə Anadolu Agentliyinə istinadla xəbər verir.

Qazaxıstanın Nəqliyyat Naziri Marat Karabayev Aktau şəhəri yaxınlığında qəzaya uğrayan Azərbaycan təyyarəsinin idarəetmə sistemlərinin Qazaxıstan hava məkanına daxil olmamışdan əvvəl sıradan çıxdığını bildirib.

Qazax rəsmiləri Aktau şəhərində baş verən təyyarə qəzası ilə bağlı mətbuata açıqlama veriblər. Qazaxıstanın Nəqliyyat Naziri Karabayev Bakı-Qroznı reysini həyata keçirən, AZAL-a məxsus Embraer 190 tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı xronologiyanı təqdim edib.

Karabayev ilk siqnalın Qazaxıstan vaxtı ilə saat 10:43-də Rusiyanın Rostov hava nəzarət mərkəzinin əməkdaşları tərəfindən alındığını və həmin siqnalda Mahaçqala və Bakıda əlverişsiz hava şəraiti səbəbilə onların Qazaxıstanın Aktau şəhərinə uçmağa qərar verdiyini bildirib.

Karabayev əlavə edib ki, təyyarə Qazaxıstan hava məkanına daxil olmamışdan əvvəl idarəetmə sistemlərini itirib. "Saat 10:53-də Rostov uçuş rəhbəri Aktau uçuş rəhbərinə təyyarənin sərnişin kabinəsində oksigen balonunun partladığını, sərnişinlərin huşunu itirdiyini və eniş zamanı tibbi müdaxilə tələb edildiyini bildirib," deyə Karabayev qeyd edib.

Bundan sonra Aktau hava limanında təcili yardım qruplarının hazır vəziyyətə gətirildiyini bildirən Karabayev, "Saat 11:02-də təyyarə pilotları Aktau hava limanının qülləsindəki hava nəqliyyatı əməkdaşı ilə əlaqə qurdu. Əməkdaş, təyyarənin enişi üçün lazım olan bütün tədbirləri təmin etdi. Pistlə vizual əlaqə yaradılması üçün işıqlar yandırıldı," deyə qeyd edib.

Karabayev bildirib ki, heyət eniş üçün 2 cəhd edib, lakin bu müddətdə yüksəklik itkisi və trayektoriyada qeyri-sabitlik müşahidə olunub. Saat 11:28-də heyətlə əlaqə kəsilib və təyyarənin yerə çırpıldığı bildirilib.

Təyyarənin iki qara qutusu tapılıb

Aktau Regional Nəqliyyat Prokuroru Abılaybek Ordabayev hadisə yerində araşdırmaların davam etdiyini açıqlayıb. Ordabayev qeyd edib ki, araşdırmalar Azərbaycan ilə əməkdaşlıq çərçivəsində aparılır. Təyyarədən sağ qalanların və qəzanın şahidlərinin ifadələri alınıb, təyyarənin qalıqları daxil olmaqla dəlillərin toplanması davam edir.

Hadisə yerinin 4000 kvadratmetrlik geniş bir ərazi olduğunu bildirən Ordabayev təhlükəsizliyin təmin edilməsi üçün ərazinin hasarlandığını və təyyarənin iki qara qutusunun da tapıldığını qeyd edib. Ordabayev həmçinin qəzada həyatını itirən 38 nəfərdən 9-nun şəxsiyyətinin müəyyən edildiyini bildirib.

Qeyd edək ki, Bakı-Qroznı reysini həyata keçirən, AZAL-a məxsus Embraer 190 tipli təyyarə 25 dekabrda Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. AZAL təyyarədə 5 nəfərlik heyət və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfərin olduğunu açıqlayıb.Qəza nəticəsində 38 nəfərin həyatını itirdiyi, 29 nəfərin sağ qaldığı bildirilib. Qəzaya səbəb kimi təyyarənin "Pantsir-S" hava müdafiə sistemi ilə hücuma məruz qalması göstərilir.

Bəxtiyar Umarlı Son.az

 
Söyüdlü qızıl yatağı ilə bağlı saziş ratifikasiya edildi like
  • 27 Dek 11:16  
Digərləri Söyüdlü qızıl yatağı ilə bağlı saziş ratifikasiya edildi

Milli Məclis Söyüdlü (Zod) qızıl yatağı ilə bağlı sazişi təsdiq edi

arrow Ətraflı
Rusiya təyyarəninin enməsinə niyə icazə vermədi?  Təcrübəli pilot hər şeyi AÇIQLADI like
  • 27 Dek 11:10  
Digərləri Rusiya təyyarəninin enməsinə niyə icazə vermədi? Təcrübəli pilot hər şeyi AÇIQLADI

Azərbaycan hökumətindəki mənbələr Euronews telekanalına Azərbaycan Hava

arrow Ətraflı
Müsəlman Ağsaqqallar Şurasının Baş katibi Azərbaycana başsağlığı verib like
  • 27 Dek 11:06  
Digərləri Müsəlman Ağsaqqallar Şurasının Baş katibi Azərbaycana başsağlığı verib

Müsəlman Ağsaqqallar Şurasının Baş katibi, hakim Məhəmməd Əbdülsalam

arrow Ətraflı
Həlak olan qəhrəman pilotun evinin qarşısı  VİDEO like
  • 27 Dek 10:53  
Digərləri Həlak olan qəhrəman pilotun evinin qarşısı VİDEO

Vətəndaşlar Bakı-Qroznı reysi zamanı baş verən təyyarə qəzasında hə

arrow Ətraflı
Təyyarəmizin vurulmasına görə məsuliyyəti onlar daşıyır  ADLAR like
  • 27 Dek 10:46  
Digərləri Təyyarəmizin vurulmasına görə məsuliyyəti onlar daşıyır ADLAR

Bakı-Qroznı marşrutu üzrə hərəkət edən "Azərbaycan Hava Yolları&

arrow Ətraflı
Qoşqar Sadıqov Cəlilabadda dəfn olundu like
  • 27 Dek 10:41  
Digərləri Qoşqar Sadıqov Cəlilabadda dəfn olundu

Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyya

arrow Ətraflı
Sərxoş moped sürücüsü təhlükəli anlar yaşatdı like
  • 27 Dek 10:36  
Digərləri Sərxoş moped sürücüsü təhlükəli anlar yaşatdı

Sərxoş moped sürücüsünün ağır fəsadlar törətməsinin qarşısı alı

arrow Ətraflı
İlhamə Elşadqızı ağır ittihamla həbs edildi like
  • 27 Dek 10:31  
Şou-biznes İlhamə Elşadqızı ağır ittihamla həbs edildi

"TikTok"da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməli

arrow Ətraflı
İsrail Qəzzanı vurdu   50yə yaxın şəxs öldü like
  • 27 Dek 10:22  
Dünya İsrail Qəzzanı vurdu 50yə yaxın şəxs öldü

İsrailin Qəzza zolağının şimalında Kamal Advan xəstəxanasının yaxınl

arrow Ətraflı
Qəzadan sağ çıxan şəxs görün nələr danışdı: "Səslər gəldi..." like
  • 27 Dek 10:16  
Digərləri Qəzadan sağ çıxan şəxs görün nələr danışdı: "Səslər gəldi..."

Qazaxıstanda baş verən faciəvi təyyarə qəzasından sağ çıxan Ayxan Bay

arrow Ətraflı
Bakıya gətirilən yaralıların vəziyyəti necədir?  AÇIQLAMA like
  • 27 Dek 09:58  
Digərləri Bakıya gətirilən yaralıların vəziyyəti necədir? AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Qazaxıstanın Aktau şəhərində Azərbaycan təyyar�

arrow Ətraflı
Dekabr ayının bütün sosial ödənişləri yekunlaşdı like
  • 27 Dek 09:55  
Digərləri Dekabr ayının bütün sosial ödənişləri yekunlaşdı

Dekabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları

arrow Ətraflı
Təyyarə radardan necə itib? like
  • 27 Dek 09:51  
Digərləri Təyyarə radardan necə itib?

Çeçenistan və İnquşetiyaya PUA hücumu.

arrow Ətraflı
Təyyarə qəzasında həlak olan sərnişinlərdən birinin nəşi ailəsinə təhvil verilib like
  • 27 Dek 09:21  
Digərləri Təyyarə qəzasında həlak olan sərnişinlərdən birinin nəşi ailəsinə təhvil verilib

Qazaxstanın Aktau şəhərində təyyarə qəzasında həlak olan sərnişinlə

arrow Ətraflı