Təyyarə radardan necə itib?
Digərləri 27 Dek 2024 09:51:00 69 0
Çeçenistan və İnquşetiyaya PUA hücumu.
Bu xəbəri də oxu: Təyyarə qəzasının bütün təfərrüatları bundan sonra məlum olacaq
Dekabrın 25-i saat 08:30 radələrində Rusiyanın Vladikavkaz şəhərində məhv edilmiş PUA-ların qalıqlarının "Alaniya Mall" Ticarət Mərkəzinin üzərinə düşməsi ilə bağlı məlumatlar yayılmışdı.
Həmin gün saat 09:10 radələrində İnquşetiyanın Malqobek şəhəri ərazisində PUA-nın qəzaya uğradığı məlum olub. Həmçinin, dekabrın 25-i səhər saatlarında Çeçenistan ərazisinin bir neçə PUA tərəfindən hücuma məruz qalması ilə bağlı məlumatlar yayılıb.
Qeyd edək ki, Rusiya hakimiyyətinə müxalif "NIYSO" çeçen "Telegram" kanalı PUA hücumu barədə saat 09:24-də ilkin olaraq məlumat verib.
Dünən Çeçenistanın Təhlükəsizlik Şurasının katibi Hamzat Kadırov da saat 12:00 radələrində öz instaqram səhifəsində PUA-lardan birinin vurulması ilə bağlı video paylaşıb. Şimali Osetiyanın rəhbəri Sergey Menyaylo saat 13:54-də Rusiya Müdafiə Nazirliyinə istinadən Rusiyanın Şimali Qafqaz Federal Dairəsinə daxil olan bir neçə bölgənin PUA-ların hücumuna məruz qaldığını bildirib.
Bu hadisələrə dair xəbərlərə paralel olaraq "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus Bakı-Qroznı marşrutu üzrə uçan "J2-8243" nömrəli "Embraer 190" markalı sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı məlumat və görüntülərin yayılmasına başlanıb.
Saat 08:26 Təyyarə Mahaçqala hava limanı yaxınlığında radardan itir
"FlightRadar24"ün məlumatına görə, təyyarə Bakı vaxtı ilə saat 08:00-da ştat rejimində havaya qalxıb. Uçuş zamanı saat 08:26-da Mahaçqala hava limanı yaxınlığında təyyarənin transponderinin "FlightRadar24" sistemindəki qeydiyyatı dayanıb. Bu da təyyarənin Rusiya hava məkanında olduğu müddətdə radio-elektron mübarizə vasitələrinin aktiv təsirinə məruz qaldığını ehtimal etməyə əsas verir. Saat 09:06-da transponderin "FlightRadar24" sistemindəki qeydiyyatı Xəzər dənizi üzərində yenidən aktivləşib.
Beləliklə, qəzaya uğramış təyyarənin transponderinin "FlightRadar24" sistemindəki qeydiyyatının dayanması vaxtı Şimali Qafqaz istiqamətində PUA hücumunun həyata keçirilməsi vaxtı ilə üst-üstə düşür.
Qəzadan sonra "Alioglu" "Telegram" kanalında yayılmış videoda həmin reysin sərnişini Zaur Məmmədov uçuş zamanı 2 partlayış səsi eşitdiyini bildirib. Buradan ehtimal etmək olar ki, uçuş zamanı təyyarədə ştatdan kənar vəziyyət yaranıb və hava gəmisi kənar təsirdən zədələnib.
Transponder kənardan müdaxilə nəticəsində söndürülüb?
Qeyd edək ki, təyyarələrdə bütün həyati əhəmiyyətli idarəetmə sistemləri dublikasiya olunur. Ehtimal budur ki, Mahaçqala hava limanı yaxınlığında transponder kənardan müdaxilə nəticəsində söndürülüb, 40 dəqiqə sonra isə ekipajın səyləri nəticəsində təyyarə ehtiyat idarəetmə sisteminə keçib, bununla da transponder yenidən aktivləşib.
Pilot niyə Bakını yox, Aktaunu seçib?
Sual doğuran məsələlərdən biri təyyarənin niyə Mahaçqaladan Bakıya deyil, Aktauya uçmasıdır.
Bunun mümkün səbəbi ilk olaraq Bakı ilə müqayisədə Mahaçqaladan Aktauya məsafənin nisbətən yaxın olmasıdır.
Əsas səbəb isə güman ki, təyyarənin hücuma məruz qaldığını anlayan pilotun Rusiyanın hava məkanını təcili tərk etmək istəməsidir. Mahaçqala və Bakı arasında hava məsafəsi 350 km, Mahaçqala və Aktau arasında hava məsafəsi isə 300 km təşkil edir. Bununla yanaşı, Aktau istiqamətində hərəkət etdiyi təqdirdə, təyyarə Rusiyanın hava məkanını daha tez tərk etmiş olurdu. Təyyarə Aktau istiqamətində hərəkət etdiyi zaman dərhal dənizə açılır və Rusiyanın hava məkanından çıxır. Bakı istiqamətində hərəkət etdiyi zaman isə əlavə olaraq təxminən daha 100 km Rusiyanın hava məkanında qalmalı idi.
Qazaxstanın Aktau şəhərində təyyarə qəzasında həlak olan sərnişinlə
Azərbaycan Mərkəzi Bankı (AMB) 27 dekabr tarixindən etibarən valyuta məz�
Naxçıvanda yeni istilik elektrik stansiyasının tikintisinə dair sərəncam
Təyyarələrdə böyük əhəmiyyət kəsb edən qara qutu nə üçün lazımd�
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərliyə ağır itki ü
Türkiyənin məşhur müğənnisi Tarkan təyyarə qəzası ilə bağlı Azərb
Türkiyənin Dənizli şəhərinin Merkezefendi rayonunda may ayında dünyasın
"Yeni Klinikaya gətirilən 14 xəstədən 13-ü palata şəraitində müay
"İsrail Yəməndə İranın "şər oxunun qolunu kəsməyə" haz
Təyyarə qəzasında həyatını itirənlərdən iki nəfəri Bakının Əmirca
Kapitan İqor Kşnyakin, ikinci pilot Aleksandr Kalyaninov və baş göyərtə b
"Təəssüf ki, ümidlərimizə baxmayaraq, 3 dəyərli həmkarımızın h�
Halil İbrahim Ceyhan məkanlardan birində sərxoş vəziyyətdə görüntülə
Cənubi Karolinadan olan 4 yaşlı oğlan Milad gecəsi avtomobildə güllələn