Tramp ona yüksək vəzifə verdi
Dünya 01 Dek 2024 09:29:00 105 0
ABŞ-nin seçilmiş prezidenti Donald Tramp Keşyap Pateli Federal Təhqiqat Bürosunun direktoru vəzifəsinə təklif edib.
Bu xəbəri də oxu: Paşinyan XİNin avtomobil parkını ixtisar etdi
Son.az report-a istinadən xəbər verir ki, bu barədə amerikalı siyasətçi sahibi olduğu "Truth Social" sosial şəbəkəsində yazıb.
"Qürurla Keşyap "Keş" Patelin FTB-nin növbəti direktoru olacağını elan edirəm. Keş parlaq hüquqşünas, müstəntiq və "Öncə Amerika" mübarizidir, o, öz karyerasını korrupsiyaya qarşı mübarizəyə, ədaləti müdafiə etməyə və Amerika xalqını qorumağa həsr edib. O, "Russia, Russia, Russia Hoax"u ifşa etməkdə mühüm rol oynayıb və həqiqətin, məsuliyyətin və Konstitusiyanın müdafiəçisi kimi çıxış edib", - respublikaçı qeyd edib.
"Russia, Russia, Russia Hoax" Donald Trampın 2016-cı il seçkilərinə Rusiyanın müdaxiləsi və onun kampaniyasının Moskva ilə əlaqələri barədə araşdırmaları təsvir etdiyi ifadədir. Tramp iddia edirdi ki, bu araşdırmalar siyasi "əcinnə ovu"nun bir hissəsi idi və prokurorluğun təqdim etdiyi sübutlar isə saxta idi.
Tramp FTB-nin yeni direktoru ilə "Amerikada cinayətkarlıq epidemiyasına son qoyacağına, miqrantlardan ibarət cinayətkar qruplaşmaları zərərsizləşdirəcəyinə və ABŞ sərhədindən keçən narkotik və insan alverini dayandıracağına" əminliyini ifadə edib.
44 yaşlı Patel Trampın keçid komandasının üzvüdür və növbəti administrasiyada əsas vəzifələrə namizədlərin müzakirəsində iştirak edir. NBC telekanalının qeyd etdiyi kimi, Patel "Trampın maksimum sadiq tərəfdarı" hesab olunur və o, 2020-ci il seçkilərində qələbənin demokrat Cozef Bayden tərəfindən "oğurlandığına" əmindir. Trampın məğlubiyyətindən sonra Patel "Amerika vətəndaşlarına yalan danışan və Baydenə seçkilərin nəticələrini saxtalaşdırmağa kömək edən" məmurlar və jurnalistlərlə məşğul olacağına söz verib.
Müğənni Aytac Vidadiqızı ayrıldığı həyat yoldaşı ilə bağlı mövzu
Prezident İlham Əliyev Laçın şəhərinin işğaldan azad edilməsi münasib
Son günlər mağazalarda Yeni il üçün hazır hədiyyə qutuları satışa qo
1930-cu illərdə qadınlar daha cazibədar kirpik və qaşlara sahib olmaq üç
Dövlət Gömrük Komitəsinin (DGK) Tibb Xidməti qalmaqallı şirkət kimi tan
"Televiziyalarda Bədii Şura yaradılmalıdır. Hər əlinə mikrofon alan
Dələduzluqda təqsirləndirilən keçmiş vəkil Elman Paşayevin işi ilə ba
Sevilən mahnıların müəllifi və ifaçısı, Sivva səhnə adı ilə tanına
Bakıda, Yasamal rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bir neçə gün əvvəl sevgilisini şantaj etmə ittihamı ilə həbs edilən t
Yeni ilə sayılı günlər qalıb. Bayramla əlaqədar bir neçə gün qeyri-i�
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası və Beynəlxalq Muğam M�