Dekabrda hava necə olacaq?
Digərləri 29 Noy 2024 17:15:00 109 0
Dekabr ayında qış fəslinə uyğun olan tutqun, buludlu, soyuq hava şəraiti üstünlük təşkil edir. Bu il dekabr ayında havanın orta aylıq temperaturun əsasən iqlim normasına yaxın olacağı gözlənilir.
Bu barədə Son.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur. Dekabr ayının ilk günlərində ölkə ərazisində hava şəraitinin arabir yağıntılı keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 6-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, gündüzlər 8-12 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 24-34 mm).
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 0-3 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 7 dərəcə şaxta, dağlıq ərazilərdə 9-11 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 14-35 mm).
Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 4-8 dərəcə şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 19-30 mm).
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 8-13 dərəcə şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 25-27 mm).
Yeni Vergi Məcəlləsinin strukturu üzərində işləyirik. Artıq bütün də
Son vaxtlar Azərbaycanın müxtəlif ərazilərində zəlzələ baş verir. Az�
Türkiyəli müğənni Ebru Gündeşin həyat yoldaşı Murat Özdemirdən boş
Fransa və Ermənistanın Azərbaycanın informasiya məkanına və ictimai rəy
Kanal D-də yayımlanan "Popsatar" verilişinin ulduzu Bayahandan xəb
CHP sədri Özgür Özəl haqqında istintaq başladılıb.
Amerikada həmcinsi ilə evlənən azərbaycanlı jurnalist boşanıb.
Nazirlər Kabineti "Kritik informasiya infrastrukturu obyektlərinin siyah�
Heykəltaraşlıq sahəsində fəaliyyəti olan gəncliyin yaradıcılıq ruhu
Milli Məclisin aparatında daha bir təyinat baş tutub.
"Həzi Aslanov" stansiyasının dalanında təmir işləri ilə əlaq�
Beynəlxalq Muğam Mərkəzində görkəmli ədəbiyyatşünas alim, tənqidç