Ədəbiyyatımızın Vicdanı: Məmməd Arif Dadaşzadənin 120 illik yubileyi
Kriminal 29 Noy 2024 14:55:00 154 0
Beynəlxalq Muğam Mərkəzində görkəmli ədəbiyyatşünas alim, tənqidçi, ictimai xadim, Dövlət Mükafatı laureatı, Əməkdar Elm xadimi, akademik Məmməd Arif Dadaşzadənin 120 illik yubileyinə həsr olunmuş "Ədəbi üfüqlərdə" adlı bədii-musiqili gecə keçirilib.
Bu xəbəri də oxu: Azərbaycanın Xristian icması BakıQroznı aviaqəzası qurbanlarının xatirəsini yad edib –
Gecə alimin həyatının əsas mərhələlərini əks etdirən videoçarxın sərgilənməsi ilə başlanıb. Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadənin ssenari müəllifi olduğu gecədə böyük alimin həyat və yaradıcılıq yolu geniş işıqlandırılıb.
AMEA prezidenti akademik İsa Həbibbəyli öz çıxışında Məmməd Arifin Azərbaycan ədəbiyyatşünaslıq elmi qarşısında müstəsna xidmətlərindən ətraflı söz açıb. Uzun illər Elmlər Akademiyasının vitse-prezidenti olmuş Məmməd Arifin Azərbaycan ədəbiyyatı tarixinin konsepsiyasının hazırlanmasında, ədəbiyyat tarixinə dair fundamental nəşrlərin işıq üzü görməsində özəl rolunu vurğulayıb. O, həmçinin 1939-cu ildən 1959-cu ilə qədər fasilələrlə Nizami adına Ədəbiyyat və Dil İnstitutunun direktoru kimi çalışmış Məmməd Arifin institutun təşəkkülü və fəaliyyət strategiyasının formalaşmasındakı xidmətlərini müfəssəl açıqlayıb. Akademik, çıxışının sonunda ədəbiyyatşünaslıq məktəbi, ədəbi tənqid və tənqidçilər məktəbi yaratmış M.Arifin elmi ideyalarının aktuallığını, onun müəyyən etdiyi istiqamətlərin ədəbiyyatşünasların yeni nəsli tərəfindən davam etdirildiyini, vəsiyyətlərinin uca tutulduğunu qeyd edib.
Daha sonra söz alan Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat muzeyinin direktoru, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini akademik Rafael Hüseynov Məmməd Arifin keşməkeşli yoluna mürəkkəb, gərgin XX əsrin heç də birmənalı olmayan olayları kontekstində nəzər salıb. R.Hüseynov sənədlərə, habelə görkəmli sənət, elm xadimlərinin xatirələrinə, şəhadətnamələrinə dayaqlanaraq Məmməd Arifin Azərbaycan ədəbiyyatı üçün taleyüklü məqamlarda, məsələn, "Kitabi-Dədəd Qorqud" dastanının yasaqlanması, Heydər Hüseynova qarşı təqib kampaniyası zamanı tutduğu prinsipial mövqeyi müfəssəl işıqlandırıb. R.Hüseynovun ilk dəfə səsləndirdiyi qiymətli faktlar, fikirlər Məmməd Arifin bir alim və insan kimi obrazını Zaman kontekstində dəyərləndirmək baxımından olduqça önəmlidir. Hüdudsuz bilikləri, vacib ümumiləşdirmələri duyğusallıqla mahiranə uzlaşdırmağı bacaran R.Hüseynovun təqdimatında Məmməd Arif Dadaşzadə sağlığında "ədəbiyyatımızın vicdanı" adına layiq görülmüş əsl şəxsiyyət kimi göz önündə canlanıb.
Aparıcısı Azadə Qafarzadə olduğu gecədə Gülarə Əliyeva adına "Dan ulduzu" instrumental ansamblının (bədii rəhbər - əməkdar artist Tariyel Abbasov) müşayiəti ilə xalq artisti Gülyaz Məmmədova, əməkdar artist Nüşabə Ələsgərli, müğənnilər Vüsal Hacıyev, Nicat Cəfərzadə, Ayşən Mehdiyeva, Sərxan Bünyadzadə, Günay İmamverdiyeva, İlkin Qasımov, Rasim Səfər, Ramazan Şərifzadə Azərbaycan bəstəkarlarının mahnılarını ifa ediblər. Gülyaz Məmmədovanın məclisin ruhuna uyğun səsləndirdiyi Fikrət Əmirov və Şəfiqə Axundovanın mahnıları gecəyə kövrək notlar əlavə edib. Gənc şair Günəş Hüseynovun vaxtilə Süleyman Rüstəmin Məmməd Arifə həsr etdiyi şeirə yazdığı nəzirə auditorya tərəfindən böyük maraqla dinlənilib.
Dünyanın 3-cü ən zəngin adamı və Omaha Oracle kimi tanınan milyarder Uor
Xəbər verdiyimiz kimi "Diddy" ləqəbli amerikalı prodüser və rep
II CINEMO Beynəlxalq Mobil Film Festivalının Münsiflər Heyəti artıq öz i
Bu gün bəzi bürclər yuxularına xüsusi diqqət yetirməlidirlər, çünki b
Sistan və Bəlucistan əyalətinin polis rəisi Məhəmmədrza İshaqi Bəmpur
Saxta dollarları necə ayırd etmək olar?
Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov 49 ünvanında söküntü iş
Mirzoyan və Finlandiya prezidenti Ermənistan-Aİ tərəfdaşlığı gündəliy
Məşhur aktyor Julien Arnold teatr tamaşası zamanı qəflətən ölüb.
2024-cü ilin III rübündə cəmi istehlak kreditləri, o cümlədən kredit ka
Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov Ermənistan baş na
Heyvanlarla rəhmsiz rəftar edənlərlə bağlı yeni məsuliyyət müəyyən o