Evləri sökülən vətəndaşlar narazıdır
Digərləri 29 Noy 2024 13:26:00 101 0
Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov 49 ünvanında söküntü işlərinə start verilib.
Bu xəbəri də oxu: Bu gün matəmlə əlaqədar nələr qadağandır?
Son.az xəbər verir ki, ərazinin bir qismi sökülsə də, bəzi sakinlər təklif edilən məbləğlə razılaşmır.
Onlar bildirir ki, evlərinin qanuni sənədi var, təklif edilən məbləğlə isə başqa yerdə mənzil sahibi ola bilmirlər.
Sakinlər iddia edirlər ki, evlərinin yerində yeni binanın inşası nəzərdə tutulsa da, bununla bağlı heç bir təklif edilmir.
Məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov deyib ki, hazırda Süleyman Vəzirov küçəsi ilə yanaşı, Xəqani Rüstəmov küçəsində də söküntü işləri aparılır. Söküntü dövlət sifarişi ilə "Ağ şəhər" layihəsi çərçivəsində icra olunur. Ərazinin qiymətləndirilməsi qiymətləndirmə komissiyası tərəfindən aparılıb və hər kvadrat metr üçün vətəndaşlara 1250 manat pul verilir.
Vətəndaşların iddia etdiyi qanunsuz söküntü və ya xəbərdarlıq edilmədən aparılan söküntü işlərinə gəlincə, qurum rəsmisi bildirib ki, bu yanlış məlumatdır. Sökülən evlərə əvvəlcədən xəbərdarlıq edilib, razılıq əldə olunub, komissiya ilə müqavilə imzalanıb. Vəsait vətəndaşın hesabına köçürüləndən və ev boşaldılandan sonra söküntü işləri icra olunur.
Daha ətraflı "Xəzər TV"nin hazırladığı süjetdə:
Mirzoyan və Finlandiya prezidenti Ermənistan-Aİ tərəfdaşlığı gündəliy
Məşhur aktyor Julien Arnold teatr tamaşası zamanı qəflətən ölüb.
2024-cü ilin III rübündə cəmi istehlak kreditləri, o cümlədən kredit ka
Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov Ermənistan baş na
Heyvanlarla rəhmsiz rəftar edənlərlə bağlı yeni məsuliyyət müəyyən o
Yaşıllıqlara vurulmuş ziyana görə cəzalar sərtləşdirilir.
Azərbaycanla Səudiyyə Ərəbistanı və İndoneziya arasında vizadan azad ol
Bu gün Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələlər
"Startap" şəhadətnaməsi almış KOB subyektlərinin sayı 182-ə �
Bayden, Trump-ın Kanada və Meksikaya qarşı tarif təhdidinin 'əks-məhs
Sərnişinlər bildirib ki, Binəqədi şosesindən keçməklə hərəkət edən
Cənubi Okeanın dərinliklərindən çıxan sirli səslər elm adamlarını hey